Barselona klubunun forvardı Lionel Messi, arxiv şəkli

“Əlvida, komandante” - Messi gedir, La Liqa etiraz edir - VİDEO

49
(Yenilənib 18:07 30.08.2020)
Messinin müqaviləsindəki bir maddə onun bu razılaşmanı birtərəfli qaydada pozmasına imkan verir. Amma “Barselona”da iddia edirlər ki, o maddə artıq yararsızdır

BAKI, 30 avqust — Sputnik. La Liqa argentinalı hücumçusu Lionel Messi ilə problem yaşayan “Barselona” klubunun tərəfini saxlayıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə jurnalist Fabrisio Romano Twitter səhifəsində yazıb.

​Liqa hesab edir ki, forvard komanda ilə müqaviləni poza bilməz. Onun klubdan satınalma dəyəri 700 milyon avrodur. KİV-in məlumatına görə, Messinin müqaviləsindəki bir maddə onun bu razılaşmanı birtərəfli qaydada pozmasına imkan verir. Amma “Barselona”da iddia edirlər ki, o maddə artıq yararsızdır, çünki forvard getmək barədə istəyini hər il mövsümün sonunda, mayın 30-dək elan etməli olsa da, bunu yerinə yetirməyib.

Messi isə “Barsa”nı tərk etməkdə qərarlıdır. O, bu barədə rəhbərliyə məlumat göndərib. Argentinalı futbolçu kluba gəlib həkim müayinəsindən də keçməyib. Ancaq bildirilir ki, rəhbərlik onu heyətdə saxlamaq niyyətindədir. 

Bu arada Barselona şəhərində artıq Messiyə vida edirlər. Küçə rəssamı TVBoy onun gedişinə "Əlvida, komandante" ('Hasta Siempre Comandante') adını verdiyi qraffiti həsr edib:

​Argentinanın prezidenti isə fürsətdən istifadə edərək, Messiyə karyerasını “Nyuells Old Boyz”da bitirməyi təklif edib.

Messinin klub yoldaşı, uruqvaylı hücumçu Luis Suares də “Barselona”nı tərk edə bilər. Bu barədə isə Goal yazır.

33 yaşlı Suaresin durumu Messi ilə oxşardır. Onun da müqaviləsi gələn ilin yayında bitir. Ancaq “Barselona” müqavilə şərtlərini yaxşılaşdırmağa hazırlaşmadığından hüçumçu özünə yeni klub axtarır. Buna rəğmən, Suares komanda ilə məşqlərə davam edir.

Goal yazır ki, Suareslə müqaviləni vaxtından əvvəl pozmaq “Barselona”ya sərf etmir. Çünki bu halda katalonlar Suaresə 15 milyon avro ödəməli olacaqlar. Uruqvaylı futbolçu ilə artıq ABŞ-ın “İnter Mayami” və Qətərin “Əl-Ərəbiyyə” klubları maraqlanırlar.

Messini almağa isə İngiltərənin “Mançester Siti” klubu daha iddialıdır.

 

49
Əlaqədar
Avropa nəhəngləri Messiyə elçi düşüblər
Kataloniyada "Messi üsyanı" - Azarkeşlər etirazlara başladılar – VİDEO
Əfsanə dövrü bitir – Messi “Barselona”nı tərk edir  
Bitmək bilməyən penaltilər – Avropa Liqasında dramatik matç yaşanıb - VİDEO
Fitnes zalı, arxiv şəkli

Azərbaycanda fitnes trenajor zalları açıla bilər, amma...

25
(Yenilənib 15:52 24.09.2020)
Azərbaycanda mart ayında karantin rejiminin tətbiqi ilə idman və fitnes zallarının fəaliyyəti məhdudlaşdırılıb, eləcə də qapalı məkanlarda idman tədbirlərinin keçirilməsi yasaqlanıb

BAKI, 24 sentyabr — Sputnik. Azərbaycanın Gənclər və İdman Nazirliyi Nazirlər Kabineti yanında Operativ Qərargahla birlikdə idman yarışlarının keçirilməsi, idman zalları və fitnes klublarının açılmasını nəzərdə tutan xüsusi proqram hazırlayır. Sputnik Azərbaycan bildirir ki, bunu qurumun rəhbəri Azad Rəhimov bildirib.

“İdmanın bir çox növləri üzrə çempionatlar adətən noyabr-dekabr aylarında keçirilir. Biz yarışları keçirməyi çox istəyirik. Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahla birlikdə böyük proqram hazırlayırıq. Orada idman zalları, fitnes mərkəzlərinin açılması da nəzərdə tutulub”, - Rəhimov deyib.

İlkin mərhələdə, nazirin sözlərinə görə, yarışları tamaşaçısız keçirmək planlaşdırılır.

Məlumata görə, proqramda əsas bənd ondan ibarətdir ki, 100 kv.m sahədə yalnız dörd nəfər və bir məşqçi məşq edə bilər.

Azərbaycanda mart ayında karantin rejiminin tətbiqi ilə idman və fitnes zallarının fəaliyyəti məhdudlaşdırılıb, eləcə də qapalı məkanlarda idman tədbirlərinin keçirilməsi yasaqlanıb. Karantin rejimi ölkədə sentyabrın 30-dək davam edəcək.

25
Teqlər:
idman zalı, idman, Koronavirus, epidemiya, COVID-19, karantin

"Qarabağ" "Neftçiyə uduzdu

26
(Yenilənib 23:40 20.09.2020)
Səfər qələbəsindən sonra xallarını 6-ya çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. 4 xalı olan "Qarabağ" isə 5-ci sıraya geriləyib.

BAKI, 20 sentyabr — Sputnik. Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

Turun son oyununda "Qarabağ" "Azərsun Arena"da "Neftçi"bu qəbul edib. Azərbaycan derbisi qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 10-cu dəqiqədə Ağdam klubunun hücumçusu Kvabena Ovusu açıb. Cəmi 2 dəqiqə sonra "Neftçi" Voislav Stankoviçin qolu ilə tarazlığı bərpa edib. Qol zamanı "Qarabağ"ın qapıçısı Emil Balayevin kobud səhvi diqqət çəkib. Komandalar fasiləyə bu hesabla yollanıblar - 1:1.

İkinci hissədə "ağ-qaralar" daha bir qol vurublar. 68-ci dəqiqədə Balayevlə üzbəüz dueldən qalib ayrılan Namiq Ələsgərov topu boş qapıya göndərib və yekun hesabı müəyyənləşdirib.

Səfər qələbəsindən sonra xallarını 6-ya çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. 4 xalı olan "Qarabağ" isə 5-ci sıraya geriləyib.

Qeyd edək ki, tura sentyabrın 19-da start verilib. "Qəbələ" evdə "Keşlə" ilə qolsuz heç-heçə edib. "Sumqayıt" doğma meydanda "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib. Bu gün isə "Sabah" səfərdə "Zirə"ni yenib - 2:0.

26
Teqlər:
Futbol üzrə Azərbaycan Premyer Liqası, "Neftçi" Futbol Klubu, "Neftçi", "Qarabağ" futbol klubu, "Qarabağ" komandası, "Qarabağ

Ermənistan atəşkəs rejimini pozmağı intensivləşdirib

0
(Yenilənib 10:44 25.09.2020)
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 61 dəfə pozub.

BAKI, 25 sentyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 61 dəfə pozub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Hacallı, Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Ağbulaq və Muncuqlu kəndlərində, Çəmbərək rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Füzuli rayonunun Qaraxanbəyli, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

0
Əlaqədar
Atəşkəs rejimi 27 dəfə pozulub
Bu günlərdə də dinc durmurlar – Cəbhədə atəşkəs 30 dəfə pozulub
Cəbhədə gərgin gecə: atəşkəs 69 dəfə pozuldu