Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Avropa nəhəngləri Messiyə elçi düşüblər

© AP Photo / Joan MonfortНападающий "Барселоны" Лионель Месси, фото из архива
Нападающий Барселоны Лионель Месси, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Avqustun 21-də xəbər yayıldı ki, “Barsa”nın rəhbərliyi 33 yaşlı oyunçunun başqa kluba satılmasını istisna etmir. Ancaq eyni zamanda onun komandada qalması üçün də cəhdlər göstərilir

BAKI, 22 avqust - Sputnik. İspaniyanın “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messini almaq istəyən klubların adı açıqlanıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə The Sun yazır.  

Leonu almaq həvəsində olanların ən şanslıları isə Avropanın üç böyük klubudur. Fransanın “Pari Sen-Jermen”, İtaliyanın “Yuventus” və “İnter” klubları katalonların forvardını öz sıralarında görmək istəyir. PSJ keçid üçün böyük pullar vəd edir. İtaliyada isə Messi İspaniyadakından daha az vergi verə bilər.

Avqustun 21-də xəbər yayıldı ki, “Barsa”nın rəhbərliyi 33 yaşlı oyunçunun başqa kluba satılmasını istisna etmir. Ancaq eyni zamanda onun komandada qalması üçün də cəhdlər göstərilir. Argentinalının katalonlarla müqaviləsi 2021-ci ilin yayında bitir.

Klub Çempionlar Liqasının dörddəbir finalında Münhenin “Bavariya” klubuna biabırçı məğlubiyyətdən sonra baş məşqçisini dəyişib. Kike Setyenin əvəzinə “Barselona” özünün keçmiş futbolçusu, holland Ronald Kumanı baş məşqçi gətirib. Onun Messi ilə artıq görüşdüyü deyilir.

Messinin klubdakı vəziyyətdən narazılığı hələ komandanın Çempionlar Liqasından atılmasından öncə də vardı. Ötən mövsüm komanda heç bir mükafat qazanmayıb.

Xəbər lenti
0