Dani Ramires (göy formada), arxiv şəkli

“Real”ın keşmiş ulduzu Azərbaycana gəlməkdən imtina edib

20
(Yenilənib 15:58 01.08.2020)
Yarımmüdafiəçi adını açıqlamadığı Azərbaycan klubundan aldığı daha cəlbedici təklifdən imtina etdiyini də bildirib

BAKI,  1 avqust — Sputnik. Polşamın “Lex” klubunun ispaniyalı futbolçusu Dani Ramires Azərbaycandan aldığı təklifdən imtina edib.

Apasport.az saytının məlumatına görə, bunu 28 yaşlı yarımmüdafiəçinin özü açıqlayıb.

Hələ 16 yaşında “Leqanes”dən Madrid “Real”ına keçən, sonradan bir sıra klublarda çıxış edən Ramires bu il LKS-dən “Lex”ə transfer olunub. Yarımmüdafiəçi adını açıqlamadığı Azərbaycan klubundan aldığı daha cəlbedici təklifdən imtina etdiyini də bildirib: “MLS-dən və Azərbaycanın bir klubundan təklifim var idi. Onlar mənə daha çox pul ödəyəcəkdi. Amma mən olmaq istədiyim yerdəyəm və çox xoşbəxtəm”.

Qeyd edək ki, 2017-ci ildən Polşada oynayan Dani “Ştormil” (2017-18) və LKS (2018-20) klublarının formasını geyinib.

20
Fitnes zalı, arxiv şəkli

Azərbaycanda fitnes trenajor zalları açıla bilər, amma...

26
(Yenilənib 15:52 24.09.2020)
Azərbaycanda mart ayında karantin rejiminin tətbiqi ilə idman və fitnes zallarının fəaliyyəti məhdudlaşdırılıb, eləcə də qapalı məkanlarda idman tədbirlərinin keçirilməsi yasaqlanıb

BAKI, 24 sentyabr — Sputnik. Azərbaycanın Gənclər və İdman Nazirliyi Nazirlər Kabineti yanında Operativ Qərargahla birlikdə idman yarışlarının keçirilməsi, idman zalları və fitnes klublarının açılmasını nəzərdə tutan xüsusi proqram hazırlayır. Sputnik Azərbaycan bildirir ki, bunu qurumun rəhbəri Azad Rəhimov bildirib.

“İdmanın bir çox növləri üzrə çempionatlar adətən noyabr-dekabr aylarında keçirilir. Biz yarışları keçirməyi çox istəyirik. Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahla birlikdə böyük proqram hazırlayırıq. Orada idman zalları, fitnes mərkəzlərinin açılması da nəzərdə tutulub”, - Rəhimov deyib.

İlkin mərhələdə, nazirin sözlərinə görə, yarışları tamaşaçısız keçirmək planlaşdırılır.

Məlumata görə, proqramda əsas bənd ondan ibarətdir ki, 100 kv.m sahədə yalnız dörd nəfər və bir məşqçi məşq edə bilər.

Azərbaycanda mart ayında karantin rejiminin tətbiqi ilə idman və fitnes zallarının fəaliyyəti məhdudlaşdırılıb, eləcə də qapalı məkanlarda idman tədbirlərinin keçirilməsi yasaqlanıb. Karantin rejimi ölkədə sentyabrın 30-dək davam edəcək.

26
Teqlər:
idman zalı, idman, Koronavirus, epidemiya, COVID-19, karantin

"Qarabağ" "Neftçiyə uduzdu

26
(Yenilənib 23:40 20.09.2020)
Səfər qələbəsindən sonra xallarını 6-ya çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. 4 xalı olan "Qarabağ" isə 5-ci sıraya geriləyib.

BAKI, 20 sentyabr — Sputnik. Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

Turun son oyununda "Qarabağ" "Azərsun Arena"da "Neftçi"bu qəbul edib. Azərbaycan derbisi qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 10-cu dəqiqədə Ağdam klubunun hücumçusu Kvabena Ovusu açıb. Cəmi 2 dəqiqə sonra "Neftçi" Voislav Stankoviçin qolu ilə tarazlığı bərpa edib. Qol zamanı "Qarabağ"ın qapıçısı Emil Balayevin kobud səhvi diqqət çəkib. Komandalar fasiləyə bu hesabla yollanıblar - 1:1.

İkinci hissədə "ağ-qaralar" daha bir qol vurublar. 68-ci dəqiqədə Balayevlə üzbəüz dueldən qalib ayrılan Namiq Ələsgərov topu boş qapıya göndərib və yekun hesabı müəyyənləşdirib.

Səfər qələbəsindən sonra xallarını 6-ya çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. 4 xalı olan "Qarabağ" isə 5-ci sıraya geriləyib.

Qeyd edək ki, tura sentyabrın 19-da start verilib. "Qəbələ" evdə "Keşlə" ilə qolsuz heç-heçə edib. "Sumqayıt" doğma meydanda "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib. Bu gün isə "Sabah" səfərdə "Zirə"ni yenib - 2:0.

26
Teqlər:
Futbol üzrə Azərbaycan Premyer Liqası, "Neftçi" Futbol Klubu, "Neftçi", "Qarabağ" futbol klubu, "Qarabağ" komandası, "Qarabağ
Emin Əmrullayev, arxiv şəkli

Təhsil nazirindən kreativ addım - sevincini Facebookda bölüşdü

0
(Yenilənib 12:56 25.09.2020)
Qəbul olunan tələbələr arasında müsabiqədənkənar tələbə adını qazananların olması bizi çox sevindirir

BAKI, 25 sentyabr — Sputnik.Təhsil naziri Emin Əmrullayev tələbə adını qazanan məzunları təbrik edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə nazir özünün "Facebook" sosial şəbəkəsindəki hesabında bunları yazıb:

"Əziz tələbə adını qazanan məzunlarımız, Sizi bu münasibətlə ürəkdən təbrik edir, hər birinizə tələbəlik həyatında uğurlar arzulayıram. Məlum olduğu kimi, bu tədris ili üzrə 42731 nəfər tələbə adını qazanıb. Onlardan 20799 nəfər dövlət sifarişi (49 faizə yaxın), 21932 nəfər ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. İki nəfər isə maksimum nəticə göstərib. Qəbul olunan tələbələr arasında müsabiqədənkənar tələbə adını qazananların olması bizi çox sevindirir. Belə ki, onlardan 2 nəfər beynəlxalq, 28 nəfər respublika fənn olimpiadası, 74 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi, 10 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil alanlardır. Bir daha hər birinizin sevincini bölüşür, sizə daha böyük nailiyyətlər arzulayıram!"

0