Canni De Byazi, arxiv şəkli

Futbol üzrə millimizin baş məşqçisi bəlli oldu

258
(Yenilənib 18:39 10.07.2020)
AFFA-nın irəli sürdüyü xüsusi şərtlərə pandemiya ilə əlaqədar beynəlxalq oyunlar təxirə salınarsa və ya baş məşqçinin Azərbaycana gəlməsi ilə bağlı çətinliklər yaranarsa, maliyyə risklərinin nəzərə alınması daxildir

BAKI, 10 iyul — Sputnik. Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisinin kim olacağı artıq bəllidir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclasının gedişində məlum olub. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

COVID-19 pandemiyası əlaqədar yaranmış mövcud vəziyyət nəzərə alınaraq AFFA tərəfindən irəli sürülən xüsusi şərtlərlə razılaşacağı təqdirdə, Canni De Byazi ilə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı müqavilə imzalansın. Müqavilənin digər şərtlərinin müəyyənləşdirilməsi məqsədilə danışıqlar davam etdirilsin (İcraiyyə Komitəsi üzvlərinin səs çoxluğu ilə).

Arif Əsədov baş məşqçinin köməkçisi təyin olunsun.

Qeyd: AFFA-nın irəli sürdüyü xüsusi şərtlərə pandemiya ilə əlaqədar beynəlxalq oyunlar təxirə salınarsa və ya baş məşqçinin Azərbaycana gəlməsi ilə bağlı çətinliklər yaranarsa, maliyyə risklərinin nəzərə alınması daxildir.

Bundan öncə İngiltərənin "Mançester Yunayted" klubunun əfsanəvi futbolçusu, irlandiyalı Roy Kinin (Roy Keane) futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi ola biləcəyi barədə məlumatlar yayılmışdı.

İtalyan Canni di Byazı karyerası ərzində xeyli klub komandalarına məşqçilik etsə də, millilər arasında yalnız Albaniya yığmasına rəhbərlik edib (2011-2017). 2017-ci ilin sentyabrında isə İspaniyanın "Alaves" klubunda baş məşqçi işləyib. İki ay sonra isə işdən çılxarılıb.

258
Əlaqədar
Futbol azarkeşlərinin qanını qaraldacaq xəbər – Stadionları hələ unudun
Görün millimizə kim gəlir!? Əfsanənin 48 saatı var
Futbolu yarıdıb, indi də keçib biznesə
"Qarabağ"ın ulduzu "Beşiktaş"da oynaya bilər
İdman şərhçisi: “Əcnəbi məşqçi millimizə fövqəl uğur qazandırmayacaq”
Azərbaycan millisinin yarımmüdafiəçisi Qara Qarayev, arxiv şəkli

Qara Qarayev: "Kəndimin işğaldan azad olunmasını sözlə ifadə edə bilmirəm"

154
(Yenilənib 22:47 27.09.2020)
Azərbaycan millisinin də üzvü olan Qara Qarayev Horadiz kəndində doğulub. Kənd onun 1 yaşı olarkən - 1993-cü ildə işğal edilib.

BAKI, 27 sentyabr - Sputnik. "Bu, həyatımın ən unudulmaz günüdür. Valideynlərimin, nəslimin doğma kəndinə qayıdacağı xəbəri mənim üçün çox önəmli bir hadisədir. Doğma kəndimin düşmənlərdən azad edilməsini sözlərlə ifadə edə bilmirəm".

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Qara Qarayev Füzulinin Horadiz kəndinin işğaldan azad olunması ilə bağlı danışarkən deyib.

28 yaşlı yarımmüdafiəçi həsrətində olduğu torpaqlara ayaq basacağı günü səbirsizliklə gözlədiyini bildirib: "İnanıram ki, bu, son deyil. Tezlikdə Qarabağda, Şuşada Azərbaycan bayrağı dalğalanacaq. Ordumuzla, xalqımızla qürur duyuram. Bu gün birlik, bərabərlik günüdür. Allah sizi qorusun, Azərbaycan əsgəri"!

Qeyd edək ki, Azərbaycan millisinin də üzvü olan Qara Qarayev Horadiz kəndində doğulub. Kənd onun 1 yaşı olarkən - 1993-cü ildə işğal edilib.

154
Teqlər:
Qarabağ FK, Qara Qarayev, Horadiz, Cəbrayıl, erməni təxribatı, Azərbaycan Ordusu, Dağlıq Qarabağ münaqişəsi, Dağlıq Qarabağ
Əlaqədar
Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib
Azərbaycan Ordusu daha bir kəndi erməni işğalından azad edib
MN: Ermənistanın Ağdərə istiqamətindəki komandanlığına təslim olmaq təklif edilib
Ordumuz Ermənistanın hərbi texnikalarını belə məhv edir – VİDEO
Ermənistan təxribatı nəticəsində bir ailənin 5 üzvü həlak olub
Ermənistan ordusunun mərmiləri Tərtərdə evləri viran etdi - FOTO
Ermənistan ordusunun silah-sursat anbarı məhv edilib - VİDEO
 Mario Balotelli, arxiv şəkli

Məşhur futbolçu evlənməyə hazırlaşır

7
(Yenilənib 14:43 26.09.2020)
Məşhur futbolçu 1 aydır ki, münasibətdə olduğu model və "Instagram" fenomeni Alessia Messina ilə ailə qurmağa hazırlaşır.

BAKI, 26 sentyabr — Sputnik. İtaliyalı tanınmış qaradərili futbolçu ailə qurmağa hazırlaşır.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, İtaliyanın ən çox gündəmdə olan futbolçusu Mario Balotelli evlilik hazırlıqlarına başlayıb. Məşhur hücumçu 1 aydır ki, münasibətdə olduğu model və "İnstagram" fenomeni Alessia Messina ilə ailə qurmağa hazırlaşır.

Qeyd edək ki, məşhur cütlük artıq nişanlanıb.

 

7
Vladimir Putin və Emmanuel Makron

Makron Putinə zəng edib: Qarabağda gedən hərbi əməliyyatlar pislənib

0
(Yenilənib 01:57 01.10.2020)
Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişə bölgəsində vəziyyətin kəskin hal almasını pisləyiblər.

BAKI, 1 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Sputnik Azərbaycan Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, söhbət zamanı dövlət başçıları Dağlıq Qarabağda, həmçinin Belarus Respublikasında yaranan son vəziyyəti müzakirə ediblər.

Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub. Hər iki prezident Dağlıq Qarabağ münaqişə bölgəsində vəziyyətin kəskin hal almasını pisləyiblər. Onlar davam edən hərbi əməliyyatlardan narahatlıq keçirdiklərini ifadə ediblər.

0
Teqlər:
hərbi əməliyyatlar, Dağlıq Qarabağ bölgəsi, Dağlıq Qarabağ problemi, Dağlıq Qarabağ, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron