CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azarkeşlər Azərbaycan millisinin oyununa buraxıla bilərlər

© Photo : Facebook / AFFAФанаты сборной Азербайджана, фото из архива
Фанаты сборной Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan yığması Millətlər Liqasıda C liqasının 1-ci qrupunda Lüksemburq, Kipr və Monteneqro ilə mübarizə aparacaq

BAKI, 30 iyun — Sputnik. UEFA Millətlər Liqasının 2020/21 mövsümü və payıza planlaşdırılan yoldaşlıq görüşlərinə azarkeşlər buraxıla bilərlər.

Sputnik Azərbaycan apasport.az-a istinadən xəbər verir ki, bunu UEFA-nın Tibbi Komitəsinin rəhbəri Tim Meyer deyib.

Onun sözlərinə görə, yarışlar UEFA qaydalarına uyğun keçiriləcək. Meyer bildirib ki, milli komandaların oyunları zamanı azarkeşlərin stadiona buraxılıb-buraxılmaması məsələsi ilə bağlı UEFA yaxın vaxtlarda son qərarını verəcək.

Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasıda C liqasının 1-ci qrupunda Lüksemburq, Kipr və Monteneqro ilə mübarizə aparacaq. Qarşılaşmalar sentyabr-noyabr aylarında baş tutacaq.

Xəbər lenti
0