Amerikalı basketbolçu Maykl Cordan

Əfsanəvi basketbolçu özü kimi nəhəng balıq tutub

12
(Yenilənib 22:27 13.06.2020)
57 yaşlı idmançı Amerikanın Şimali Karolina ştatında keçirilən "Big Rock Blue Marlin Tournament" müsabiqəsində iştirak edir.

BAKI, 13 iyun — Sputnik. Əfsanəvi basketbolçu Maykl Cordan 200,6 kiloqram ağırlığında nəhəng marlin balığını tutub. Bu barədə Sputnik Azərbaycan "The Guardian" nəşrinə istinadən xəbər verir.

57 yaşlı idmançı Amerikanın Şimali Karolina ştatında keçirilən "Big Rock Blue Marlin Tournament" müsabiqəsində iştirak edir. Turnirin mükafat fondu 3,3 milyon dollardır. Ən böyük marlini tutmuş qalib bu məbləğin üçdə birini alır.

​Hələ ki, Cordan üç mükafat yerindən birinə yüksələ bilməyib. Müsabiqə zamanı tutulmuş ən böyük balığın çəkisi 224 kiloqramdır. Basketbolçu beşinci yerdə imiş, lakin balıqçılardan birinin 204 kiloqram marlinlə qayıtmasından sonra o, altıncı yerə düşüb.

Müsabiqə hələ bitməyib, buna görə də Cordanın nəticəni yaxşılaşdırmaq üçün vaxtı var. İdmançı və onun komandası daha bir marlini tutmağa çalışacaq.

"Daha böyük balıqla qayıtmağa şad olaram", - o, müsahibəsində etiraf edib.

Qeyd edək ki, əfsanəvi basketbolçunun 1 metr 98 santimetr boyu var.

12
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

17
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

17
Ramil Quliyev

Dünya çempionu da "Qarabağ Azərbaycandır!" dedi

21
(Yenilənib 23:21 29.10.2020)
İdmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

BAKI, 29 oktyabr — Sputnik. Türkiyə millisinin azərbaycanlı dünya çempionu Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket zərbələri ilə törətdiyi terror barədə özünün "Instagram" səhifəsində paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, idmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

Ramil Quliyevin paylaşımının skrinşotu

Bununla yanaşı, sosial şəbəkədə Qarabağa aid video yayımlayıb və qeyd bölməsinə "Qarabağ Azərbaycandır" yazıb.

Qeyd edək ki, 30 yaşlı idmançının "Instagram"da 67 mindən çox izləyicisi var.

21