Rafael Ağayev

Rafael Ağayevin zəhməti hədər oldu

48
(Yenilənib 14:58 21.05.2020)
Oyunlar 2021-ci ilə təxirə salındığı üçün reytinq üzrə seçim gələn ilin mayında başa çatacaq. Bu il keçirilməli olan Rabat (Mərakeş) Premyer Liqası, Bakıdakı Avropa çempionatı və Parisdəki (Fransa) təsnifat turniri ləğv olunub

BAKI, 21 may — Sputnik. Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak üçün 40 karateçiyə reytinq sistemi ilə lisenziyanın verilməsi barədə qərar ləğv olunub.

Sputnik Azərbaycan xəbər verir ki, Ümumdünya Karate Federasiyası (WKF) bu qərara yenidən baxacağını açıqlayıb. Səbəb kimi olimpiadanın təxirə salınması və koronavirusla bağlı vəziyyət göstərilib.

40 karateçi Tokio-2020-yə reytinq sistemi ilə vəsiqə qazanmışdı. Bunlar kumitedə 67 kq, 75 kq və 75 kq-dan yuxarı çəkilərdə kişilər, 55 kq, 61 kq və 61 kq-dan yuxarı çəkilərdə qadınlar, katada isə həm kişilər, həm də qadınlar hərəyə 5 nəfərdən (biri təşkilatçı Yaponiyadan olmaqla) ibarət idilər. Siyahıda Azərbaycan təmsilçilərindən Rafael Ağayev (75 kq) və İrina Zaretska (+75 kq) da yer almışdı.

Lakin Oyunlar 2021-ci ilə təxirə salındığı üçün reytinq üzrə seçim gələn ilin mayında başa çatacaq. Bu il keçirilməli olan Rabat (Mərakeş) Premyer Liqası, Bakıdakı Avropa çempionatı və Parisdəki (Fransa) təsnifat turniri ləğv olunub. Əvəzində gələn il Rabat Premyer Liqası, İsveçin Göteborq şəhərində Avropa çempionatı lisenziya xarakteri daşıyacaq.

Qeyd edək ki, hazırkı reytinq siyahısında İrina Zaretska (+61 kq) 9247,5 xalla 1-ci, Rafael Ağayev (75 kq) 7005 xalla 3-cü pillədə qərarlaşıb.

 

48
Əlaqədar
Karatenin vətənində medallar qazanmaq: oğlanların işi çətin oldu
Rafael Ağayev əzəli rəqibiylə virtual döyüş keçirdi – VİDEO
Azərbaycan karateçilərinin növbəti uğuru
Azərbaycanlı karateçi olimpiya reytinqinə başçılıq edir
Rəqsimizi və sözlərimizi öyrənən əcnəbi fəxrimizi döymək istəyir
Formula-1 Azərbaycan Qran-Prisi, arxiv şəkli

"Formula-1" səkkiz mərhələnin tarixini təsdiqlədi: siyahıda Azərbaycan da var?

91
(Yenilənib 18:59 02.06.2020)
Dünya çempionatının builki mövsümünün digər mərhələləri ilə bağlı yaxın günlərdə rəsmi qərar açıqlanacaq

BAKI, 2 iyun — Sputnik. “Formula-1” üzrə dünya çempionatının ilk 8 mərhələsinin keçirilmə tarixi təsdiqlənib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə yarış təşkilatçıları məlumat yayıblar.

Bildirilir ki, dünya çempionatının builki mövsümünün digər mərhələləri ilə bağlı yaxın günlərdə rəsmi qərar açıqlanacaq. Vaxtı dəqiqləşən yarışlardan 4-nə iki ölkə - Avstriya və Böyük Britaniya ev sahibliyi edəcək.

Sebastyan Fettel, arxiv şəkli
© AP Photo / Rick Rycroft

Müəyyənləşən 8 Qran-prinin tarixi belədir:

Avstriya – 3-5 iyul, 10-12 iyul

Macarıstan – 17-19 iyul

Böyük Briatniya – 31 iyul-2 avqust, 7-9 avqust

İspaniya – 14-16 avqust

Belçika – 28-30 avqust

İtaliya – 4-6 sentyabr

Qeyd edək ki, Azərbaycan Qran-prisi ilə bağlı hələlik rəsmi qərar yoxdur.

91
Əlaqədar
Ürəyi Azərbaycanla çırpınan ingiltərəli jurnalist: "Buranı ikinci vətənim hesab edirəm"
"Ferrari"nin eks-şefi indi təcili yardım maşını sürür
Tamaşaçısız olmaz! - Məşhur əyləncənin təşkilatçıları Bakıda yayı gözləyirlər
Real Madrid futbolçuları, arxiv şəkli

Koronavirus "Kral klubu"nun əl-ayağını bağladı

16
(Yenilənib 19:31 31.05.2020)
“Real” yalnız bir neçə futbolçusunu satacağı halda heyətinə yeni oyunçu cəlb edəcək. Amma bu ehtimal sıfıra bərabərdir

BAKI, 31 may — Sputnik. “Real” yay transferindən imtina edir

Kral klubu heyətinə yeni futbolçu cəlb etmək niyyətində deyil. Sputnik Azərbaycan “Marca” nəşrinə istinadən xəbər verir ki, koronavirus pandemiyasına görə yaranan iqtisadi böhran “Kral klubu”na da ciddi təsir edəcək. Madridlilərin maliyyə problemləri səbəbindən yayda bir futbolçu belə almayacağı qərarı verilib.

Qəzet yazıb ki, “Real” yalnız bir neçə futbolçusunu satacağı halda heyətinə yeni oyunçu cəlb edəcək. Amma bu ehtimal sıfıra bərabərdir. Çünki  klublar hazırda “Real” kimi komandanın yüksək ödənişli futbolçularının maaşını qarşılamağa hazır deyil.

16
Əlaqədar
Futbol klubundan cəsarətli addım: azarkeşləri görün nə ilə əvəz etdi
Fransada yüzlərlə azarkeş polisi çaş-baş qoydu
Futbol üzrə Azərbaycan çempionatı bərpa edilə bilərmi – Sənan Şəfizadə danışır
Azərbaycan əsilli sabiq futbolçu rinqə çıxdı – VİDEO
Avropanın ən dəyərli klubları - Madridlilər ilk pillədə

Bəzi kəndlərdə həftə sonları çölə çıxmaq tam qadağan oluna bilər

0
Qərargah: Epidemioloji vəziyyətlə əlaqədar ayrı-arı kəndlərdə də həftə sonları çölə çıxmaq tam qadağan oluna bilər.

BAKI, 3 iyun - Sputnik. “Bu dəfə məhdudiyyətlərin tətbiqi birinci klastrda, yəni narıncı sahədə nəzərdə tutulur”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri  Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, növbəti həftə ərzində məhdudlaşmaya bütün ölkə ərazisi daxil edilə bilər, bu məsələ müzakirə masası üzərindədir: “Bu, yenə də epidemioloji vəziyyətdən və bölgələrimizdə insanların qaydalara əməl etməsindən asılıdır. Böyük şəhərlərlə yanaşı, bir sıra kəndlərdə vəziyyət narıncı sahənin epidemioloji göstəricilərinə uyğun olsa, həmin kəndlərdə də məhdudiyyət tətbiq olunacaq. Bütöv rayon olmasa da, kəndlərdə həftə sonları çölə çıxmağın tam qadağan olunması tətbiq oluna bilər.

Qeyd edim ki, bir neçə gündür bəzi kəndlərimizə giriş-çıxış dayandırılıb. Hətta kəndlər içərisində bəzi yaşayış sahəsinə belə giriş-çıxış dayandırılıb. Beynəlxalq təcrübədə də bundan dəfələrlə istifadə olunub. Orada testi pozitiv çıxan şəxslərin müayinələri aparılıb, müvafiq xəstəxanalara yerləşdirilib. Neqativ olan şəxslər isə müvafiq olaraq karantin rejimində saxlanılırlar”.

0