Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Aleksandr Çeferin sözünü dedi - görəsən, eşidən olacaq?

© AP Photo / Claude ParisКубок лиги чемпионов, фото из архива
Кубок лиги чемпионов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq Avropa ölkələrinin 80 faizi çempionatları bərpa etməklə bağlı qərar verib. Ona görə də Çempionlar Liqasının keçirilməməsi üçün heç bir səbəb görmürəm

 

BAKI, 21 may — Sputnik. Bu mövsüm yarımçıq qalmış Çempionlar Liqası yekunlaşa bilər. Sputnik Azərbaycan xəbər verir ki, bu haqda UEFA prezidenti Aleksander Çeferin açıqlama verib. O bildirib ki, çempionatın başa çatdırılımasında problem görmür: "Bizim plana görə, turnir avqustun sonuna qədər yekunlaşmalıdır. Nə vaxt nə olacağını heç kim deyə bilməz. Məncə, həyat öz axarına qayıdır. Artıq Avropa ölkələrinin 80 faizi çempionatları bərpa etməklə bağlı qərar verib. Ona görə də Çempionlar Liqasının keçirilməməsi üçün heç bir səbəb görmürəm".

Qeyd edək ki, Çempionlar Liqası məlum pandemiya ilə əlaqədar olaraq bu ilin mart ayında dayandırılıb. 1/8 final mərhələsindən növbəti tura vəsiqə qazanan 4 klubun adı bəlli olsa da, digər 4 qarşılaşmada üz-üzə gələcək komandalar cavab oyununu gözləyir.

Xəbər lenti
0