Erlinq Holand, arxiv şəkli

Holandın qiyməti yüz milyonu keçdi

7
Bundesliqa klubu Holandı bu qış 43 milyon avroya alıb. Onun "Borussiya" ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.

BAKI, 19 may — Sputnik. "Borussiya" futbolçusu Erlinq Holanda yüksək qiymət qoyub. Sputnik Azərbaycan "AS" nəşrinə istinadən xəbər verir ki, Dortmund klubu "Real" da daxil olmaqla, bir çox klubun maraqlandığı norveçli hücumçunu komandada saxlamaq üçün bu addımı atıb. "Borussiya" 19 yaşlı oyunçu üçün ən azı 120 milyon avroluq təklif gələcəyi təqdirdə onu satacaq.  Bundesliqa klubu Holandı bu qış 43 milyon avroya alıb. Onun "Borussiya" ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.

Qeyd edək ki, 26 oyundan sonra "Borussiya" 54 xalla turnir cədvəlində 2-ci yerdədir. Erlinq Holand 9 oyuna rəqib qapılarına 10 qol vurmağı bacarıb.

7
Formula-1 Azərbaycan Qran-Prisi, arxiv şəkli

"Formula-1" səkkiz mərhələnin tarixini təsdiqlədi: siyahıda Azərbaycan da var?

91
(Yenilənib 18:59 02.06.2020)
Dünya çempionatının builki mövsümünün digər mərhələləri ilə bağlı yaxın günlərdə rəsmi qərar açıqlanacaq

BAKI, 2 iyun — Sputnik. “Formula-1” üzrə dünya çempionatının ilk 8 mərhələsinin keçirilmə tarixi təsdiqlənib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə yarış təşkilatçıları məlumat yayıblar.

Bildirilir ki, dünya çempionatının builki mövsümünün digər mərhələləri ilə bağlı yaxın günlərdə rəsmi qərar açıqlanacaq. Vaxtı dəqiqləşən yarışlardan 4-nə iki ölkə - Avstriya və Böyük Britaniya ev sahibliyi edəcək.

Sebastyan Fettel, arxiv şəkli
© AP Photo / Rick Rycroft

Müəyyənləşən 8 Qran-prinin tarixi belədir:

Avstriya – 3-5 iyul, 10-12 iyul

Macarıstan – 17-19 iyul

Böyük Briatniya – 31 iyul-2 avqust, 7-9 avqust

İspaniya – 14-16 avqust

Belçika – 28-30 avqust

İtaliya – 4-6 sentyabr

Qeyd edək ki, Azərbaycan Qran-prisi ilə bağlı hələlik rəsmi qərar yoxdur.

91
Əlaqədar
Ürəyi Azərbaycanla çırpınan ingiltərəli jurnalist: "Buranı ikinci vətənim hesab edirəm"
"Ferrari"nin eks-şefi indi təcili yardım maşını sürür
Tamaşaçısız olmaz! - Məşhur əyləncənin təşkilatçıları Bakıda yayı gözləyirlər
Real Madrid futbolçuları, arxiv şəkli

Koronavirus "Kral klubu"nun əl-ayağını bağladı

16
(Yenilənib 19:31 31.05.2020)
“Real” yalnız bir neçə futbolçusunu satacağı halda heyətinə yeni oyunçu cəlb edəcək. Amma bu ehtimal sıfıra bərabərdir

BAKI, 31 may — Sputnik. “Real” yay transferindən imtina edir

Kral klubu heyətinə yeni futbolçu cəlb etmək niyyətində deyil. Sputnik Azərbaycan “Marca” nəşrinə istinadən xəbər verir ki, koronavirus pandemiyasına görə yaranan iqtisadi böhran “Kral klubu”na da ciddi təsir edəcək. Madridlilərin maliyyə problemləri səbəbindən yayda bir futbolçu belə almayacağı qərarı verilib.

Qəzet yazıb ki, “Real” yalnız bir neçə futbolçusunu satacağı halda heyətinə yeni oyunçu cəlb edəcək. Amma bu ehtimal sıfıra bərabərdir. Çünki  klublar hazırda “Real” kimi komandanın yüksək ödənişli futbolçularının maaşını qarşılamağa hazır deyil.

16
Əlaqədar
Futbol klubundan cəsarətli addım: azarkeşləri görün nə ilə əvəz etdi
Fransada yüzlərlə azarkeş polisi çaş-baş qoydu
Futbol üzrə Azərbaycan çempionatı bərpa edilə bilərmi – Sənan Şəfizadə danışır
Azərbaycan əsilli sabiq futbolçu rinqə çıxdı – VİDEO
Avropanın ən dəyərli klubları - Madridlilər ilk pillədə

Operativ Qərargah: Vətəndaşlar həftəsonları üçün ərzaqlarını əvvəlcədən ala bilərlər

0
Bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

BAKI, 3 iyun - Sputnik. “Karantin rejiminin tətbiqi də, yumşaldılması da zərurətdən doğub. Məhdudlaşdırmaya yenidən getmək də situasiyadan irəli gəlir”.

Bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Məhdudlaşdırmanı heç kim istəmir. Əgər qaydalara əməl etməsək, bu, çox ciddi iqtisadi problemlərə apara bilər. Bizim belə bir problemimiz yoxdur. Ərzaqla bağlı problem yoxdur. Amma vətəndaşlar həftəsonları üçün öz ərzaq azuqələrini əvvəlcədən ala bilərlər”, - İ.Məmmədov bildirib. 

0