Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Futbol hakimlərimiz də testdən keçdi

© pixabay / planet_foxФутбольный судья, фото из архива
Футбольный судья, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
AFFA ötən həftə PFL və klub rəsmiləri ilə keçirdiyi videokonfrans formatında iclasından sonra koronavirus testindən keçmək üçün də maliyyə vəsaiti ayırmışdı.

 

BAKI, 18 may — Sputnik. Bu gün AFFA-nın təşkilatçılığı ilə Azərbaycan Premyer Liqası oyunlarına təyinat alan hakimlər üçün koronavirus testi keçirilib. Hakimlərlə yanaşı, Hakimlər Komitəsinin əməkdaşlarından da test götürülüb. Sputnik Azərbaycan xəbər verir ki, bu haqda qurumun rəsmi saytı xəbər yayıb. Testin nəticələri ilə bağlı isə məlumat verilməyib.

Qeyd edək ki, AFFA ötən həftə PFL və klub rəsmiləri ilə keçirdiyi videokonfrans formatında iclasından sonra koronavirus testindən keçmək üçün də maliyyə vəsaiti ayırmışdı. Pul yalnız məşqçi və futbolçular üçün nəzərdə tutulub. Elitada çıxış edən 8 klubdan 7-si artıq testdən keçib. Hələlik yalnız "Qəbələ" gözləmə mövqeyindədir. bununla bağlı federasiya çempionatın hər bir iştirakçısına 5000 manat ödəyib.

 

Xəbər lenti
0