Qəbələnin oyunundan epizod

Futbol yoxdur, “Qəbələ” isə rekorda imza atır

11
(Yenilənib 18:32 17.05.2020)
Son 5 avrokubok mövsümünün nəticələri əsasında tərtib olunan siyahıda "qırmızı-qaralar" 7,500 xala malikdir və 148-ci pillədə qərarlaşıb.

BAKI, 17 may — Sputnik. “Qəbələ” komandası UEFA reytinqində rekord göstəriciyə imza atıb. 

Sputnik Azərbaycan klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" 148-ci pillədə qərarlaşıb. 

Son 5 avrokubok mövsümünün nəticələri əsasında tərtib olunan siyahıda əyalət təmsilçisi 7,500 xala malikdir. Komanda 2015/2016 və 2016/2017 mövsümlərinin hərəsində 2,000 xal, 2017/2018 və 2018/2019 mövsümlərinin hər birində isə 1,000 xal qazanıb. Koronavirus pandemiyası üzündən dayandırılan cari mövsümdə çıxışını başa vuran “Qəbələ” aktivinə daha 1,500 xal əlavə edib. Bununla da "qırmızı-qaralar" əmsalını 7,500-ə çatdırıb.

“Qəbələ” cari mövsümədək heç vaxt 148-ci mövqedə qərarlaşmayıb.

Siyahıya avrokuboklarda debüt etdiyi 2014/2015 mövsümündə daxil edilən “qırmızı-qaralar” debütdə 358-ci yerdə qərarlaşıb. Növbəti il 253-cü, sonradan 185-ci olan “Qəbələ” hər dəfə xal hesabını artırıb.

2017-ci ilin yayından klub reytinqinin hesablama metodu dəyişdirilib. Nəticədə həm xallar azalıb, həm də geriləmə qeydə alınıb. Həmin vaxt mövsümü 191-ci sırada tamamlayan “Qəbələ” ötən yay 173-cü yerə qədər yüksəlib. Bu, klub tarixinin rekordu idi ki, cari mövsümdə həmin göstərici 25 pillə də yaxşılaşdırılıb.

“Qəbələ” UEFA reytinqində

2014/2015 – 2,750 (358-ci yer)

2015/2016 – 5,225 (253-cü yer)

2016/2017 - 7,800 (185-ci yer)

2017/2018 - 5,250 (191-ci yer)

2018/2019 - 6,250 (173-cü yer)

2019/2020 – 7,500 (148-ci yer)

11
UEFA-nnı Nyondakı mənzil-qərargahı yaxınlığında yol göstəricisi, arxiv şəkli

UEFA -dan Türkiyənin məşhur klubuna qarşı sərt addım

2
UEFA-nın açıqlamasında bildirilir ki, 2019-cu ildə maliyyə sabitliyini təmin etmədiyinə görə “Trabzonspor”un 2020-2021 və 2021/2022 mövsümlərində Avropa kuboklarında iştirakı qadağan edilir.

BAKI, 3 iyun - Sputnik. UEFA Türkiyənin “Trabzonspor” klubunu Avropa yarışlarından bir illik uzaqlaşdırıb.

APA-nın məlumatına görə, “Trabzonspor” maliyyə öhdəliklərinə əməl etmədiyinə görə bu cəzaya məruz qalıb.

UEFA-nın açıqlamasında bildirilir ki, 2019-cu ildə maliyyə sabitliyini təmin etmədiyinə görə “Trabzonspor”un 2020-2021 və 2021/2022 mövsümlərində Avropa kuboklarında iştirakı qadağan edilir.

“Trabzonspor” UEFA-nın qərarından şikayət edəcəyini açıqlayıb.

2
Formula-1 Azərbaycan Qran-Prisi, arxiv şəkli

"Formula-1" səkkiz mərhələnin tarixini təsdiqlədi: siyahıda Azərbaycan da var?

91
(Yenilənib 18:59 02.06.2020)
Dünya çempionatının builki mövsümünün digər mərhələləri ilə bağlı yaxın günlərdə rəsmi qərar açıqlanacaq

BAKI, 2 iyun — Sputnik. “Formula-1” üzrə dünya çempionatının ilk 8 mərhələsinin keçirilmə tarixi təsdiqlənib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə yarış təşkilatçıları məlumat yayıblar.

Bildirilir ki, dünya çempionatının builki mövsümünün digər mərhələləri ilə bağlı yaxın günlərdə rəsmi qərar açıqlanacaq. Vaxtı dəqiqləşən yarışlardan 4-nə iki ölkə - Avstriya və Böyük Britaniya ev sahibliyi edəcək.

Sebastyan Fettel, arxiv şəkli
© AP Photo / Rick Rycroft

Müəyyənləşən 8 Qran-prinin tarixi belədir:

Avstriya – 3-5 iyul, 10-12 iyul

Macarıstan – 17-19 iyul

Böyük Briatniya – 31 iyul-2 avqust, 7-9 avqust

İspaniya – 14-16 avqust

Belçika – 28-30 avqust

İtaliya – 4-6 sentyabr

Qeyd edək ki, Azərbaycan Qran-prisi ilə bağlı hələlik rəsmi qərar yoxdur.

91
Əlaqədar
Ürəyi Azərbaycanla çırpınan ingiltərəli jurnalist: "Buranı ikinci vətənim hesab edirəm"
"Ferrari"nin eks-şefi indi təcili yardım maşını sürür
Tamaşaçısız olmaz! - Məşhur əyləncənin təşkilatçıları Bakıda yayı gözləyirlər
Məmur, arxiv şəkli

Cümə günlərində saatlarının qısaldılacaq

0
Bayramlı bildirib ki, həftəsonu üçün əksər ticarət obyektləri və ərzaq dükanlarının tam qapanması planlaşdırılır.

BAKI, 3 iyun - Sputnik. "Dövlət müəssisələrində cümə günlərində iş saatlarının qısaldılması nəzərdə tutulub".

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, həftəsonu üçün əksər ticarət obyektləri və ərzaq dükanlarının tam qapanması planlaşdırılır:

"Apteklərin məsələsi müzakirə olunur. İki gün üçün insanlar tədarüklərini görməlidirlər".

0