Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Beşiktaş"da koronavirus şoku

© AP Photo / Rui VieiraФутболисты турецкого клуба "Бешикташ"
Футболисты турецкого клуба Бешикташ - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin 19 mart iclasında Super Liqa da daxil olmaqla, ölkədə keçirilən bütün liqaların təxirə salınması qərarı verilmişdi.

BAKI, 14 may — Sputnik. Mayın 13-də Türkiyənin adlı-sanlı klublarından olan "Beşiktaş"ın bazasında bütün futbolçular, məşqçi heyəti və bazanın işçiləri koronavirus testi veriblər.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə klubun yaydığı rəsmi açıqlamada bildirilib. Testin nəticəsi 8 nəfərdə müsbət çıxıb. Onların dərhal müalicəsinə başlanılıb. Koronavirusa yoluxanların şəxsiyyəti açıqlanmayıb.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin 19 mart iclasında Super Liqa da daxil olmaqla, ölkədə keçirilən bütün liqaların təxirə salınması qərarı verilmişdi.

Xəbər lenti
0