Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Milli komandanın keçmiş baş məşqçisi vəfat edib

© Photo : Official site of the Russian Olympic CommitteeМагомед Алиомаров, фото из архива
Магомед Алиомаров, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
O, həyatının son günlərini xəstəxanada ağ ciyərləri süni nəfəs aparatına qoşulmuş vəziyyətdə keçirib.

BAKI, 13 may — Sputnik. Azərbaycan Güləş Federasiyasının (AGF) sərbəst güləş üzrə sabiq vitse-prezidenti və qadın güləşi üzrə milli komandanın keçmiş baş məşqçisi Maqomed Əliömərov koronavirusdan vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili bildirib. Tanınmış mütəxəssis 68 yaşında dünyasını dəyişib. O, həyatının son günlərini xəstəxanada ağ ciyərləri süni nəfəs aparatına qoşulmuş vəziyyətdə keçirib.

Qeyd edək ki, Maqomed Əliömərov AGF-də vitse-prezident vəzifəsinə 2007-ci ildə təyin olunub. O, 2012-ci il London Yay Olimpiya Oyunlarınadək qadın güləşi üzrə millinin də baş məşqçisi olub. 2019-cu ilin fevralından isə Əliömərov Rusiyanın eyni növ üzrə yığmasına rəhbərlik edib.

Xəbər lenti
0