CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Olimpiya mükafatçısı: "İdmançıların formada qalacağına inanmıram" - Karantinin fəsadları

© Photo : Facebook / Fuad AslanovFuad Aslanov
Fuad Aslanov - Sputnik Azərbaycan
Abunə olmaq
Olimpiya oyunlarının təxirə salınması vəziyyəti qənaətbəxş etmir, çünki idmançı var ki, 30-dan artıq yaşı var və bu olimpiyadaya uzun müddətdir ki, hazırlaşırdı.

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 12 may — Sputnik. Bu il nəzərdə tutulan "Tokio 2020" olimpiya oyunlarının təxirə salınması lisenziya qazanmış idmançıları təbii ki, məyus etdi. Bu hadisə Azərbaycandan bu mötəbər yarışa vəsiqə əldə etmiş atletlərə necə təsir etdi? Sputnik Azərbaycan Beynəlxalq dərəcəli hakim, "Afina-2004"ün boks üzrə bürünc medalçısı Fuad Aslanovdan bu haqda fikirlərini öyrənib.

Логотип Олимпийских игр в Токио-2020, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Olimpiada təxirə salındı, idmançılarımız haqda qərar verildi

- Hazırda karantin rejimidir. İdmançıların bu cür rejimdə formada qalması nə dərəcədə realdır?

- Dərslərimiz onlayn olaraq davam etdirilir, lakin rinq, döşək görməyən idmançının formada qalması real deyil. Bu vəziyyətdə formanı saxlamaq çox çətindir. Ancaq bədənin tərbiyəsindən söhbət gedə bilər. İnanmıram ki, idmançılar formada qala.

- Bu il olimpiya oyunları baş tutacaqdı. Məlum səbəblərə görə ertələnib. Elə idmançılar var idi ki, onlar ilk dəfə iştirak edəcəkdi. Elələri də var idi ki, sonuncu olimpiyadası idi. Durumu necə qiymətləndirirsiniz?

- Olimpiya oyunlarının təxirə salınması vəziyyəti qənaətbəxş etmir, çünki idmançı var ki, 30-dan artıq yaşı var və bu olimpiyadaya uzun müddətdir ki, hazırlaşırdı. Avqusta qədər lazım olan formaya gəlib çıxmağı nəzərdə tutmuşdusa, oyunların təxirə salınması əlbəttə mənfi təsir edəcək. Amma müsbət tərəfi də var ki, yığma komandanın baş məşqçisindən çox şey asılıdır. Həm idmançının , həm də məşqçinin üzərinə daha çox məsuliyyət düşür, nəzərdə tutulan formada idmançını saxlayıb, gücə salamadan mərhələ-mərhələ edilən məşqlərlə idmançını üzümüzə gələn ilə çıxartmalıdır. Başqa yol yoxdur.

Olimpiada, sürətli hesab, şahmat üzrə 3-cü dərəcə - 5 yaşlı Maqsudla tanış olun   - Sputnik Azərbaycan
VİDEO
Olimpiada, sürətli hesab, şahmat üzrə 3-cü dərəcə - 5 yaşlı Maqsudla tanış olun

- 1 saylı Uşaq gənclər idman məktəbinin direktorusunuz. İdmanın gələcək perespektivini necə görürsünüz? İndi hansı idman növü daha populyardır?

- 2019-cu ildə məktəbimiz ən çox medal verən idman müəssisəsi olub. Boks, taykfando, yunan roma, sambo, cudo idman növləri üzrə 14 medalımız olub. Hazırda cüdo, boks, futbol, taekvondo, yunan-roma güləşi, tennis populyar idman növlərindən sayılır.

- Karantin bitdikdən sonra idmançılara tövsiyəniz nədir?

- İdmançılara tövsiyəm odur ki, evdə olsalar da məşqlərini davam etsinlər. Bu bəla tezliklə sovuşacaq və karantin müddəti bitən kimi də qaldığımız yerdən məşqlərimizə davam edəcəyik.

Xəbər lenti
0