Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

UEFA alınan biletlərə görə ödəniş etməyə hazırdır

© Sputnik / Murad OrujovБилеты на матч ЕВРО-2020
Билеты на матч ЕВРО-2020  - Sputnik Azərbaycan
Abunə olmaq
Müvafiq proseduru UEFA-nın rəsmi portalı vasitəsi ilə həyata keçirmək olar. Həmçinin əvvəllər əldə olunan biletlər 2021-ci ildə keçirilməsi planlaşdırılan turnirin oyunlarında da istifadə edilə bilər

BAKI, 6 may — Sputnik. Azarkeşlər artıq futbol üzrə 2020-ci il Avropa çempionatının oyunlarına alınan biletlərin pullarını geri qaytara bilərlər.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb. Məlumata görə, prosesə mayın 5-dən start verilib.

Müvafiq proseduru UEFA-nın rəsmi portalı vasitəsilə həyata keçirmək olar. Həmçinin əvvəllər əldə olunan biletlər 2021-ci ildə keçirilməsi planlaşdırılan turnirin oyunlarında da istifadə edilə bilər.

Qeyd edək ki, 2020-ci il futbol üzrə Avropa çempionatının oyunlarının iyunun 12-dən iyulun 12-dək keçirilməsi planlaşdırılırdı. Lakin koronavirus pandemiyası səbəbindən turnir 2021-ci ilin yayına keçirilib. Çempionat 12 şəhərdə, o cümlədən Bakıda keçirilməlidir.

Xəbər lenti
0