Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Onu tək Van Damm bacarmırmış – VİDEO

© Sputnik / Ekaterina Chesnokova / Mediabanka keçidAmnerikalı aktyor Jan-Klod van Damm
Amnerikalı aktyor Jan-Klod van Damm - Sputnik Azərbaycan
Abunə olmaq
44 yaşlı idmançının şpaqatı pərəstişkarlarını vəcdə gətirib. Onların çoxu bu hərəkəti vaxtilə məşhur aktyor Van Dammın reklam çarxında açdığı şpaqata bənzədib

BAKI, 5 may — Sputnik. MMA (qarışıq növlər) döyüşçüsü kamerunlu Alen Nqalani Instagram-da sosial şəbəkə istifadəçilərini heyrətə salan video paylaşıb.

Sputnik Azərbaycan bildirir ki, Nqalani iki taburet arasında asanlıqla şpaqat açıb, bu vaxt çiyələk yeməyindən də qalmayıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Alain Ngalani (@alain.ngalani)

“Əsas odur ki, özünəinamın olsun. Sadəcə, istədim biləm ki, artıq kaloriləri yandırmışam, ya yox”, - Nqalani videosuna şərh yazıb.

44 yaşlı idmançının şpaqatı pərəstişkarlarını vəcdə gətirib.  Onların çoxu bu hərəkəti vaxtilə məşhur aktyor Van Dammın reklam çarxında iki “Volvo” avtomobili arasında açdığı şpaqata bənzədib.

Nqalani muay-tay üzrə dördqat dünya çempionudur. MMA qaydaları üzrə döyüşlərdə isə o, dörd dəfə qalib gəlib, beş dəfə uduzub, bir döyüşü isə nəticəsiz qalıb.

Xəbər lenti
0