CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Birdəfəyə 100 min dolları necə uduzmaq olar – VİDEO

© Sputnik / Anton Denisov / Mediabanka keçidКубок УЕФА. Полуфинал. "Динамо" (Киев) — "Шахтер" (Донецк)
Кубок УЕФА. Полуфинал. Динамо (Киев) — Шахтер (Донецк) - Sputnik Azərbaycan
Abunə olmaq
Kiyev “Dinamo”sunun sabiq futbolçusu, Azərbaycan əsilli Aleksandr Əliyev kazinoda uduzduğu ən böyük məbləği açıqlayıb

BAKI, 1 may — Sputnik, Teymur Tuşiyev. Ukraynanın Azərbaycan əsilli futbolçusu Aleksandr Əliyev etiraf edib ki, bir dəfə gecə kazinoda 100 min dollar uduzub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə A.Əliyev "Кент" YouTube kanalında danışıb.

“Düzünü deyim, bir dəfəyə 100 min dollar uduzmuşam. Biz nəsə qazanmışdıq, çempion idik, mənə yaxşı pul vermişdilər. Nədən ötrüsə yığırdım. Dəqiq yadımda deyil. Kazinoya getdim, amma bəxtim gətirmədi. Baxmayaraq ki, içməmişdim. Axşam saat yeddidə kazinoya girdim, sabahı gün saat 12-də çıxdım. Əlbəttə, kefim pozuldu. Dörd sutka yatmadım”, - Əliyev danışıb.

Qeyd edək ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Aleksandr Əliyevi millimizə dəvət etsə də, ondan “yox” cavabı alıb. Əliyev 2005-2010 və 2011-2013-cü illərdə oynadığı Kiyevin “Dinamo” klubu ilə çempion olub.

Xəbər lenti
0