Rəsul Çunayev, arxiv şəkli

Rəsul Çunayev: “Olimpiadanın vaxtı dəyişəndən sonra dedilər ki, mən ekstrasensəm”

33
(Yenilənib 10:03 28.04.2020)
Olimpiya oyunlarının, Dünya və Avropa çempionatlarının mükafatçısı Rəsul Çunayev Sputnik Azərbaycan-a müsahibəsində özünütəcrid dövründə nə ilə məşğul olmasından və malik olduğu qabiliyyətlərdən danışıb

Teymur Tuşiyev, Sputnik Azərbaycan

BAKI, 28 aprel – Sputnik. Koronavirus pandemiyası bütün dünyada idmançıların hazırlıq prosesinə ciddi zərbə vurub və onları ev şəraitində formalarını saxlamağa məcbur edib. 

Lakin yunan-Roma güləşi üzrə məşhur Azərbaycan güləşçisi, Olimpiya oyunlarının, dünya və Avropa çempionatlarının mükafatçısı Rəsul Çunayev özünütəcrid dövründən təkcə doğma divarlar arasında məşq etməklə deyil, həm də xarici dili mənimsəməklə səmərəli istifadə edir. Sputnik Azərbaycan-la müsahibədə idmançı karantində necə yaşadığından danışıb.

- Özünütəcrid rejimində vaxtınızı necə keçirirsiniz?

- Əsasən, qardaşlarımla oynayıram, gündə bir dəfə məşq edirəm. Yenicə ingilis dilini öyrənməyə başlamışam və bu işdə mənə dostum müəllimlik edir. O, mənə dili online öyrədir. Mənə ev tapşırığı verir, sözləri öyrənirəm. Evdə turnikim, qantellərim var, onların köməyilə formamı saxlamağa çalışıram. Bundan əlavə, mənim fitnes salonum var, ora gedirəm və təklikdə məşq edirəm.

- Yəqin ki, təklikdə məşqə adət etməmisiz?

- Əksinə, mən fərdi işləməyə öyrəşmişəm. Üç-beş saat məşğul oluram - qulaqcıqları taxıram və "ləzginka"nı dinləyirəm. Sanki qırx nəfərin əhatəsindəyəm. Güzgüdə özümə baxıram və məşq edirəm.

- Həmişə "Ləzginka" ilə məşq edirsiniz?

- Mən həmişə ona qulaq asıram: sükan arxasında olanda da, qaçanda da, yeriyəndə də. O, mənə tonus və güc verir.

- Instagram videolarından birində də əsas məşqdən əvvəl isinmə hərəkətləri zamanı “Ləzginka”dan istifadə etdiyiniz görünür...

- Həqiqətən də, bu rəqs nəinki isinmə hərəkətləri zamanı kömək edir, həm də mahiyyət etibarilə özü bir məşqdir. Çünki onun sədaları altında çoxlu enerji sərf edir, həmçinin çox sayda kəskin hərəkətlər edirsən.

- Amma bəzi idmançılar özlərini təcrid etmək üçün kompüter oyunları ilə maraqlanmağa başlayıblar...

- Yox, mən kompüter oyunları oynamıram. Məndə hətta televizora baxmağa artıq vaxt yoxdur. 

Düzgün qidalanma və tibb haqqında çox şey oxumuşam, baxmayaraq ki, bu barədə çox şey bilirəm, amma həmişə özüm üçün yeni nəsə öyrənirəm. Həmçinin bu il Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsilimi bitirirəm, qarşıda diplomun müdafiəsi durur. Bundan başqa, qonşulara və ehtiyacı olan insanlara kömək etməyə çalışıram.

- Məhz necə?

- Mən belə reklamı sevmirəm, bunu şəxsən özüm və kömək etdiyim insanlar üçün edirəm. Ətrafdakıların bunu reklam üçün etdiyimi düşünməsini istəmirəm.

- Siz Instagramda kifayət qədər fəalsız...

- Bəli, Instagram, başkiloqram (gülür).

- Bir müddət əvvəl siz onu atdınız, amma yenidən qayıtdınız. Nə oldu?

- Yarışlara hazırlaşanda məşqlərə tam diqqət yetirirəm, başqa şeylərə vaxt sərf etməyi xoşlamıram. Buna görə də ciddi başlanğıclardan əvvəl nə Instagram, nə də WhatsАpp-a heç bir diqqət yönəltmirəm. Yalnız məşqlərdən sonra dostlarımla danışa bilərəm. İnternetdən asılı olmağı xoşlamıram, çünki o, həyatımdakı əsas şey deyil. Şəbəkəyə yalnız boş vaxtlarımda girirəm.

- Instagram-da çox vaxt tanınmış xarici idmançılarla birgə məşqlərinizi görmək mümkündür. Onlardan hansıyla daha çox ünsiyyətdə olursunuz?

- Mən bir çox titullu idmançılarla ünsiyyətdə oluram. Onların əksəriyyəti Dağıstandan və Rusiyanın qalan hissəsindən, eləcə də Almaniyadan, ABŞ-dan, İsveçdən, Qazaxıstandandır. Mənim hər yerdə yaxşı dostlarım var, onlarla münasibət saxlayıram.

- Tokio Olimpiya Oyunlarının gələn ilə keçirilməsindən xəbər tutanda reaksiyanız necə oldu?

- Olimpiadanın başqa vaxta keçirilməsi mənim üçün gözlənilməz hadisə deyildi. Mən vaxtın dəyişdirilməsindən xeyli əvvəl hamıya - federasiyada, məşqçilərə demişdim ki, bu il oyunlar baş tutmayacaq. Və Oyunların gələn ilə keçirildiyi məlum olduqda, hamı mənim ekstrasens olduğumu deməyə başladı.

Biz lisenziya turniri üçün Budapeştə getməli idik, lakin səfərdən bir həftə əvvəl bu yarışlar ləğv edildi. Bir çoxları o vaxt güclü hazırlaşırdılar, çəki atırdılar, mən isə artıq kiloqramları atmağa tələsmirdim və axırda məlum oldu ki, yaxşı ki bunu etməmişəm. Sonra Olimpiadanın vaxtının dəyişdiriləcəyini dedim, mən bunu hiss etmişdim, amma mənə inanmırdılar.

Çünki əgər bu il Olimpiada öz vaxtında baş tutmazsa, onda növbəti Oyunlara hazırlaşmağa xeyli vaxtımız olacaq. Belə olan təqdirdə, növbəti Olimpiada Rio Oyunlarından beş il sonra keçiriləcək, əlbəttə, əgər gələn il də vaxt dəyişdirilməsə. Məndə belə bir hiss var ki, Olimpiada 2021-ci ildə də baş tutmaya bilər. Ümumiyyətlə, hər şey yaxşılığa doğrudur. Mən Allaha inanıram, o, mənə çoxlu qələbələr qazanmağa kömək edib. İndi bütün dünyada vəziyyəti belədir, mən buna normal yanaşıram. Heç olmasa, Olimpiadadan sonra diqqət yetirmək istədiyim işlərlə məşğul olmağa vaxt yaranıb.

- Daha hansı hallarda bu və ya digər hadisələri qabaqcadan görmüsüz?

- Məndə uşaqlıqdan belə hallar çox olub. Həmişə qabaqcadan nə hiss etmişəmsə, o da baş verib.

- Vacib turnirlərdən əvvəl sizdə belə hisslər yaranır?

- Belə də olur. Məsələn, 2015-ci ildə Las-Veqasda keçirilən Dünya Çempionatından əvvəl mən tam əmin idim ki, qələbə qazanacağam. Mundialın başlamasından bir neçə gün əvvəl anama zəng edərək dünya çempionu olduğumu söylədim. O, mənə cavab verdi ki, "axı sən hələ yarışmamısan". Mən də dedim, uduzacağımdan sadəcə söhbət belə gedə bilməz, yəni turniri qazanacağımı hiss etmişdim. 

Nəticədə bütün rəqibləriminə 10-12 xal fərqi ilə qalib gəldim və dünya çempionu oldum.

- İndi ümid edək ki, Tokio Olimpiadası öncəsi də sizə belə hislər hakim olsun…

- İnşallah. Ən başlıcası Olimpiadaya hazır olmaqdır. Əgər bir çox insan qazanmağını istəyirsə və özün də buna inanırsansa, bu, baş verir.

- Necə düşünürsünüz, bu il siz yarışlarda mübarizə apara biləcəksiz?

-Bu il hansısa yarışın keçiriləcəyini düşünmürəm. Hələlik bizdə karantindir, hər şeyin sakitləşməsini və yeni bir təqvimin meydana gəlməsini gözləmək lazımdır. Düşünürəm ki, bütün bunlar ən azı ilin sonuna qədər davam edəcək. Koronavirusun bütün ölkələrdə eyni vaxtda yoxa çıxacağı real deyil. Mənə elə gəlir ki, bu virusdan sonra çox şey dəyişəcək.

33
Qarabağ - Sivasspor matçından görüntü

"Qarabağ" Türkiyədən məğlub ayrıldı

28
(Yenilənib 00:03 27.11.2020)
UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda "Qarabağ" və "Sivasspor" komandaları İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda qarşılaşıblar.

BAKI, 26 noyabr - Sputnik. UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda Türkiyədə "Qarabağ" və "Sivasspor" komandaları arasında oyun start götürüb.

Sputnik Azərbaycan xəbər verir ki, İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda oynanılan qarşılaşma Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı 1 dəqiqəlik sükutla başlayıb.

Hesabı 8-ci dəqiqədə "Qarabağ"ın oyunçusu Abdullah Zubir açıb. Türkiyə təmsilçisi 40-cı dəqiqədə Aruna Konenin penaltidən vurduğu qolla tarazlığı bərpa edib. Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

Uroş Matiç 51-ci dəqiqədə fərqlənməklə Azərbaycan çempionunu yenidən hesabda önə keçirib.

58-ci dəqiqədə "Sivasspor"un oyunçusu Olarenvayu Kayode hesabı bərabərləşdirib.

Oyunun 79-cu dəqiqəsində Kone komandasını uğura aparan növbəti qolu vurub. Beləliklə, oyun ev sahiblərinin qələbəsi ilə nəticələnib.

Qrupda ardıcıl 4-cü məğlubiyyətdən sonra Azərbaycan çempionunun 1/16 final şansının üstündən rəsmən xətt çəkilib. Artıq son iki tur Qurban Qurbanovun yetirmələri üçün formal xarakter daşıyacaq.  

“Qarabağ” növbəti oyununu dekabrın 3-də “Makkabi”yə qarşı məhz bu arenada keçirəcək.

28
Teqlər:
futbol, UEFA Avropa Liqası, UEFA, Fatih Terim, İstanbul, "Sivasspor" FK, "Qarabağ" FK, "Qarabağ
Nurlan İbrahimov, arxiv şəkli

"Qarabağ" klubu onun mətbuat katibinə qarşı UEFA-dan ağlasığmaz qərar

48
Dağlıq Qarabağ münaqişəsi zamanı Facebook sosial şəbəkəsində ermənilərlə bağlı paylaşımına görə, UEFA "Qarabağ" klubunun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb.

BAKI, 26 noyabr — Sputnik. UEFA "Qarabağ" klubunun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırmaq barədə qərar verib.

Sputnik Azərbaycan UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, İbrahimov Dağlıq Qarabağ münaqişəsi zamanı Facebook sosial şəbəkəsində ermənilərlə bağlı paylaşımına görə bu cəzaya məruz qalıb.

Bununla yanaşı, qurum Ağdam klubunu da 100 000 avro məbləğində cərimələyib.

UEFA daha əvvəl İbrahimova qarşı "İrqçi və digər ayrı-seçkilik davranışı" və "Əsas davranış qaydalarının pozulması" maddəsi ilə intizam işi açmışdı.

"Qarabağ" klubu da öz növbəsində Nurlan İbrahimovla bağlı UEFA-nın yekun qərarına etiraz edəcək.

Bu barədə "Report"a Ağdam təmsilçisinin direktoru Emrah Çelikel məlumat verib.

Çelikel bildirib ki, klub bu yöndə lazımi tədbirləri görəcək: "Xəbər hələ çox yenidir, cəmi 15 - 20 dəqiqə əvvəl almışıq. Nə cür addım atacağımıza rəhbərliklə müzakirələrdən sonra qərar verəcəyik".

Çelikəl qərardan apellyasiya veriləcəyini də söyləyib: "Klubun mövqeyindən və Nurlan tərəfdən baxanda cəza çox ağırdır. UEFA-nın tabeliyində olan klub kimi onların qərarlarına hörmət etmək borcumuzdur. Ancaq haqsızlıq olduğunu düşündüyümüz halda lazımi etirazları edəcəyik. Qərarla bağlı UEFA-ya mütləq müraciət olunacaq".

48
Teqlər:
ermənilər, Ermənistan, UEFA, "Qarabağ", Qarabağ FK
Şəhidin dəfni, arxiv şəkli

Şəhid ailələri müharibə əlilləri ilə bağlı tədbirlər planı hazırlandı

0
(Yenilənib 15:12 28.11.2020)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib ki, həmin tədbirlər çərçivəsində onların məşğulluq imkanlarının da artırılması təmin olunacaq.

BAKI, 28 noyabr — Sputnik. Şəhid ailələri və müharibə əlillərinin məşğulluq imkanlarının artırılması üçün tədbirlər planı hazırlanıb. Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib. Bildirilir ki, Plan işğaldan azad edilmiş ərazilərin, döyüş zonasına yaxın olmuş bölgələrin sakinlərini, erməni terrorundan zərər çəkmiş şəxsləri də əhatə edir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi möhtəşəm Qələbəmizlə başa çatan Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrini, müharibə əlilləri və digər iştirakçılarını geniş sosial dəstək tədbirləri ilə əhatə edəcək. Həmin tədbirlər çərçivəsində onların məşğulluq imkanlarının da artırılması təmin olunacaq. Bu məqsədlə Tədbirlər Planı hazırlanıb.

Plan işğaldan azad edilmiş ərazilərin, döyüş zonasına yaxın olmuş bölgələrin sakinlərini, erməni terrorundan zərər çəkmiş şəxsləri də əhatə edir.

Tədbirlər Planında nəzərdə tutulur:

Şəhid ailələri, müharibə əlilləri və iştirakçılarının özünüməşğulluq proqramına qısa zamanda növbədənkənar cəlb edilməsi, onların istehsal-xidmət və kənd təsərrüfatı sahələri üzrə mal və materiallarla, avadanlıqlarla təmin edilməklə kiçik bizneslərinin yaradılması;

Döyüş zonasına yaxın olmuş bölgələrdə özünüməşğulluq proqramına cəlb olunan şəxslər üzrə kvotanın artırılması, proqram üzrə mal və materiallarla, avadanlıqlarla təminat işlərinin genişləndirilməsi;

Erməni terroru nəticəsində kiçik müəssisə və ailə təsərrüfatlarına ziyan dəymiş vətəndaşlara özünüməşğulluq proqramı çərçivəsində dəstəyin göstərilməsi;

Sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına şəhid ailələrinin, müharibə əlillərinin və iştirakçılarının növbədənkənar cəlb edilməsi, döyüş zonasına yaxın olmuş bölgələrdə bu proqram üzrə kvotaların artırılması;

Həssas qruplardan olanlar üçün nəzərdə tutulan kvotadan başqa, əlavə olaraq şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün iş yerləri yaradan işəgötürənlər üçün həmin iş yerləri üzrə əməkhaqqının 100%-dək maliyyələşdirilməsi layihəsinin hazırlanması və icrası və s.

0
Teqlər:
Ali Baş Komandan cənab İlham Əliyev, Azərbaycan prezidenti İlham Əliyev, İlham Əliyev, plan, şəhid ailələri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi