Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İdmançının vəziyyəti əladır, göyə qaldırdığı koronavirus xəstəsinin isə... – VİDEO

© AFP 2023 / Roslan RAHMAN MMA döyüşləri, arxiv şəkli
MMA döyüşləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yusuf Hayroviç peşəkar səviyyədə 26 döyüş keçirib, 13 qələbə qazanıb, 11 dəfə uduzub. Bir döyüşü baş tutmamış elan edilib, bir döyüşü isə heç-heçə ilə bitib

BAKI, 19 aprel — Sputnik. Serbiyalı MMA (qarışıq döyüş növləri) döyüşçüsü Yusuf Hayroviç güc məşqlərini Novi-Pazar şəhərində yerləşən xəstəxanalardan birində koronavirusa yoluxmuş xəstələri çarpayılarla birlikdə qaldıraraq keçirib.

Sputnik Azərbaycan bildirir ki, məşqdən çəkilmiş video Instagram-da Megdan.fighting səhifəsində yerləşdirilib.

Посмотреть эту публикацию в Instagram

Публикация от ▀▄▀▄▀▄ Megdan ▄▀▄▀▄▀ (@megdan.fighting)

İdmançı özü də koronavirusa yoluxanlar arasındadır və hazırda hospitaldadır. Videonun şərh bölməsində qeyd olunub ki, serb döyüşçü özünü yaxşı hiss edir və tezliklə koronavirusu “nokauta salacaq”.

Yusuf Hayroviç peşəkar səviyyədə 26 döyüş keçirib, 13 qələbə qazanıb, 11 dəfə uduzub. Bir döyüşü baş tutmamış elan edilib, bir döyüşü isə heç-heçə ilə bitib.

 

Xəbər lenti
0