Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Baş tutmayan sövdələşmə – Ronaldo "Barselona"da oynayacaqmış

© AFP 2023 / PIERRE-PHILIPPE MARCOUPortuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo - Sputnik Azərbaycan
Abunə olmaq
"Katalonlar bu imkandan məmnun idilər, lakin Kriştianu Madriddə oynamaq istədiyini aydın şəkildə ifadə edib", – Kalderon deyib.

BAKI, 18 aprel — Sputnik. Madridin "Real" klubunun sabiq prezidenti Ramon Kalderon portuqaliyalı futbolçu Kriştianu Ronaldunun "Mançester Yunayted" klubundan "Barselona"ya baş tutmamış transferindən danışıb. Sputnik Azərbaycan xəbər verir ki, onun bəyanatını "Marca" qəzeti yayıb.

Аргентинский нападающий Барселоны Лионель Месси празднует гол в полуфинальном матче первого этапа Лиги чемпионов УЕФА по футболу между Барселоной и Ливерпулем на стадионе Камп Ноу в Барселоне - Sputnik Azərbaycan
İDMAN
Messi daha bir göstəriciyə görə İspaniya futbolunun tarixinə düşüb

Kalderon bildirib ki, "Mançester Yunayted"in o zamankı məşqçisi Ser Aleks Ferqyuson Ronaldonun katalonların heyətinə keçməsini istəyirmiş. Onun sözlərinə görə, mankunianların məşqçisi "Real"ın oyun üslubunu bəyənmirdi.

"Katalonlar bu imkandan məmnun idilər, lakin Kriştianu Madriddə oynamaq istədiyini aydın şəkildə ifadə edib", – Kalderon əlavə edib.

Aprelin 9-da məlum olub ki, hazırda Turinin "Yuventus" klubunda çıxış edən Ronaldo "Real"a qayıtmağı düşünür. Qeyd edilib ki, İtaliya klubu koronavirus pandemiyasından zərər görmüş maliyyə vəziyyətini sabitləşdirmək üçün hücumçu ilə sağollaşa bilər.

Ronaldo "Real"a 2009-cu ildə keçib. Portuqaliyalı "Real"in heyətində 438 matçda 450 qol vurub. Bu komanda ilə birlikdə o, dörd dəfə Çempionlar Liqasını qazanıb. Madrid klubunda doqquz mövsümdən sonra Ronaldo "Yuventus"a keçib.

Xəbər lenti
0