Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Karantindir, nə olsun? Azərbaycanda 15 minlik mükafatı olan rəsmi yarış başlanır

© pixabay / PitschШахматная доска и черные фигуры
Шахматная доска и черные фигуры - Sputnik Azərbaycan
Abunə olmaq
Bu yarış ölkədə koronavirus pandemiyası üzündən elan olunan xüsusi karantin rejimi vaxtı ilk rəsmi idman yarışı olacaq

 

BAKI, 13 aprel — Sputnik. Azərbaycan Şahmat Federasiyası və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi şahmatsevərlər üçün xüsusi karantin rejimi günlərində maraqlı onlayn layihə hazırlayıblar.

Sputnik Azərbaycan xəbər verir ki, aprelin 16-da Chess24.com şahmat platforması üzərindən şahmatın Bullet növü (sürətli şahmat) üzrə ilk Azərbaycan çempionatı keçiriləcək. Onlayn birincilikdə ölkənin ən güclü şahmatçıları iştirak edəcəklər. Oyunlarda vaxt kontrolu 1 dəqiqə + hər gedişə 1 saniyə olacaq.

Qeyd edək ki, bu yarış ölkədə koronavirus pandemiyası üzündən elan olunan xüsusi karantin rejimi vaxtı ilk rəsmi idman yarışı olacaq. Yarışın mükafat fondu 15 000 manat təşkil edəcək.

Xəbər lenti
0