Sankt-Peterburqda Qazprom Arena stadionu

Sorokin: AVRO-2020 şəhərlərinin sayının azalması barədə xəbərlər medianın fərziyyəsidir

5
(Yenilənib 17:47 09.04.2020)
İyunun 12-dən iyulun 12-dək Bakı da daxil olmaqla Avropanın 12 şəhərində keçirilməsi planlaşdırılan AVRO-2020 koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınıb

BAKI, 9 aprel — Sputnik. Futbol üzrə 2020-ci il Avropa çempionatının şəhərlərinin sayının azalması ilə bağlı xəbərlər yalnız Britaniya mediasını fərziyyələri şəklində mövcuddur, UEFA heç kimin finalda iştirakını dayandırması barədə heç bir göstəriş verməyib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə AVRO-nun Sankt-Peterburqda Təşkilat Komitəsinin Baş direktoru Aleksey Sorokin RİA Novosti-yə deyib.

Cümə axşamı "Daily Mail" nəşri AVRO-2020 oyunlarına ev sahibliyi edən şəhərlərin sayının azaldıla biləcəyini bildirib.

"Bu xəbər yalnız Britaniya mediasının fərziyyələri şəklində mövcuddur. UEFA-nın bununla bağlı heç bir rəsmi mövqeyi yoxdur. Hələlik UEFA və digər şəhərlərlə gördüyümüz işlər çərçivəsində kiminsə AVRO-nun finalının təşkilində iştirakını dayandırmasına dair heç bir birbaşa göstəriş olmayıb. Bütün şəhərlər indi ardıcıl olaraq sənədləri hazırlayır", - Sorokin telefonda bildirib.

İyunun 12-dən iyulun 12-dək Bakı da daxil olmaqla Avropanın 12 şəhərində keçirilməsi planlaşdırılan AVRO-2020 koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınıb.

5
Əlaqədar
KİV: AVRO-2020-ni qəbul edən şəhərlərin sayı azaldıla bilər
Çempionlar Liqası, Avropa Liqası və AVRO klassikasına UEFA.tv-də baxın
UEFA yeni qərarlar qəbul etdi
UEFA oyunların keçiriləcəyi şəhərlərlə AVRO matçlarının cədvəlini müzakirə edəcək
Aprelin sonunda hansı şəhərlərin AVRO-nu qəbul etməyə hazır olduğu aydın olacaq
Elmar Babanlı, Azərbaycan Cüdo Federasiyasının baş katibi

Baş katib cüdoçularımızın ““Böyük dəbilqə”dəki çıxışından danışır

13
(Yenilənib 08:33 27.10.2020)
Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı deyir ki, Tokio Olimpiadasına vacib reytinq xalları qazandırması turnirin əhəmiyyətliliyini daha da artırır
Elmar Babanlı: “Medal gözlədiyimiz idmançımız ümidləri doğrultmadı”

““Böyük dəbilqə” turniri 7 aylıq fasilədən sonra keçirilən ilk böyük turnir idi” . Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı bildirib.

O bildirib ki, yarışın Tokio Olimpiadasına vacib reytinq xalları qazandırması onun əhəmiyyətliliyini daha da artırır:

“Cüdoçumuz Nicat Şıxəlizadə (66 kiloqram) medal qazana bilərdi. Gültac Məmmədəliyeva (52 kiloqram) yaxşı güləş göstərib güclü rəqiblərinə qalib gəlsə də, medal qazana bilmədi. Amma onun üçün reytinqli idmançılar arasında “Böyük dəbilqə” kimi nüfuzlu turnirdə 7-ci yeri tutmaq yaxşı nəticə sayılır. Digər cüdoçumuz, 81 kiloqram çəkidə mübarizə aparan Hidayət Heydərov o qədər də güclü olmayan bolqarıstanlı rəqibinə məğlub oldu. Rəqib görüşün əvvəlində vazari xalı ilə üstünlüyə malik idi və sonadək mövqeyini qorudu. Bu çəkidə Murad Fətiyev kifayət qədər perspektivli idmançıdır. Bir görüşdə qalib gəlməyi onun potensialının göstəricisidir. Daha bir perspektivli cüdoçumuz Telman Vəliyev (73 kiloqram) ötən Qran-Pri yarışlarında mükafatçı olub və bu turnirdə də ondan medal gözləyirdik. Amma ümidləri doğrultmadı”.

Elmar Babanlının fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

13
Makkabi - Qarabağ oyunu

"Qarabağ" qrup mərhələsinin ilk matçında məğlub oldu

33
(Yenilənib 10:23 23.10.2020)
I qrupunun digər matçında "Vilyarreal" İspaniyada Türkiyə "Sivasspor"unu qəbul edib. Görüş məhsuldar keçib və ispanların 5:3 hesablı qələbəsi ilə başa çatıb.

BAKI, 23 oktyabr - Sputnik. UEFA Avropa Liqasının qrup mərhələsində ilk turun oyunları keçirilib.

Ağdamın "Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayıb.

Dalbadal 7-ci dəfə avrokubokların qrupunda çıxış edən Qurban Qurbanovun yetirmələri İsraildə Təl-Əvivin “Makkabi” komandası ilə görüşüb. I qrupunun I turu çərçivəsində keçirilən görüşdə hesab 10-cu dəqiqədə açılıb. Yonatan Kohen "Makkabi"ni irəli çıxarıb - 1:0. Birinci hissə bu hesabla bitib.

İkinci hissədə də "Qarabağ" buraxılmış qolun əvəzini çıxa bilməyib. Oyun minimal hesabla israillilərin xeyrinə başa çatıb. 

I qrupunun digər matçında "Vilyarreal" İspaniyada Türkiyə "Sivasspor"unu qəbul edib. Görüş məhsuldar keçib. Oyun ispanların 5:3 hesablı qələbəsi ilə qurtarıb.

II turun oyunları oktyabrın 29-da keçiriləcək. “Qarabağ” ilk ev görüşündə İspaniya təmsilçisi “Vilyarreal”la üz-üzə gələcək. Matç Türkiyədəki "Başakşehir Fatih Terim" stadionunda olacaq.

33
Tərtər rayonunda erməni qüvvələrinin açdıqları atəşin nəticəsi

Nazirlik: Tərtər şəhəri rayonun kəndləri atəşə tutulur

0
Dağlıq Qarabağda növbəti humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

BAKI, 27 oktyabr — Sputnik. Yeni humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Tərtər şəhəri və rayonun kəndlərini artilleriya atəşinə tutur.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

Azərbaycan ordusunun əks-hücum əməliyyatı zamanı Cəbrayıl rayonu, Füzuli şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Hadrut qəsəbəsi də daxil olmaqla bir sıra yaşayış məntəqələrimiz işğaldan azad olunub.

10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Oktyabrın 25-də ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni bəyanatla çıxış ediblər. Bəyanatda həmsədrlərin 24 oktyabrda Vaşinqtonda Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdükləri, xarici işlər nazirləri və ABŞ Dövlət Katibinin müavini Stiven Bigan ilə birgə iclasda iştirak etdikləri bildirilir. Həmsədrlər tərəfləri öhdəliklərinə uyğun olaraq 10 oktyabrda  Moskvada imzalanmış birgə bəyanatın bütün aspektlərini həyata keçirmək üçün təcili addımlar atmağa çağırıblar və bu öhdəlikləri 18 oktyabrda Parisdə təsdiqlədiklərini qeyd ediblər. Dağlıq Qarabağda növbəti humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə