UEFA-nın Nyondakı mənzil-qərargahı, arxiv şəkli

UEFA yeni qərarlar qəbul etdi

22
(Yenilənib 17:25 05.04.2020)
Bunu nəzərə alaraq, 2020/2021-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün verilmiş lisenziya qərarlarının UEFA-ya açıqlanması üzrə son tarix 30 iyun 2020-ci il müəyyən edilib.

BAKI, 5 aprel - Sputnik. UEFA İcraiyyə Komitəsinin son iclasında klubların lisenziyalaşdırma proseduru ilə bağlı dəyişikliklərlə bağlı müvafiq qərarlar qəbul olunub. 

Sputnik Azərbaycan AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, səbəb kimi koronavirus pandemiyası göstərilib.  

1. Gələcək maliyyə məlumatının hazırlanması və qiymətləndirilməsi ilə bağlı klubların lisenziyalaşdırılması müddəalarının müvəqqəti təxirə salınmasıCOVID-19 pandemiyasının Avropa ölkələrində yayılması və futbola təsirini nəzərə alaraq, klublarda lisenziyalaşdırma prosesinin başa çatdırılmasını asanlaşdırmaq üçün gələcək maliyyə məlumatının hazırlanması və qiymətləndirilməsi ilə bağlı klubların lisenziyalaşdırılması müddəalarının müvəqqəti təxirə salınması haqda qərar qəbul olunub.

Bu qərar 2020/2021-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziyalaşdırma prosesinin, xüsusi olaraq, Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play Qaydalarının aşağıdakı müddəalarını əhatə edir:

Maddə 52 “Gələcək maliyyə məlumatları”;
Əlavə IX(B)(2)(d) “İllik və aralıq dövrlər üzrə Maliyyə Hesabatlarında auditor rəyinin qiymətləndirilməsi;
Əlavə IX(D)(3) “Lisenziya qərarlarından əvvəl yazılı bəyannamələrin qiymətləndirilməsi;
Əlavə IX (E) “Gələcək maliyyə məlumatlarının qiymətləndirilməsi”.
2. 2020/2021-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün verilmiş lisenziya qərarlarının UEFA-ya açıqlanması üzrə son tarix

2019-cu ilin iyun ayında UEFA bəyan etmişdi ki, 2020/2021- ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün verilmiş lisenziya qərarlarının UEFA-ya açıqlanması üzrə son tarix 2020-ci il mayın 29-dur. Bütün əlaqəli tərəflərlə məsləhətləşdikdən sonra, eləcə də, lisenziarların və lisenziya iddiaçılarının yayılmış COVİD-19 pandemiyasının təsirinə məruz qaldığını nəzərə alaraq, UEFA belə qənaətə gəlib ki, yaranmış vəziyyət Klubların Lisenziyalaşdırılması prosesinə təsir edəcək.

Bunu nəzərə alaraq, 2020/2021-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün verilmiş lisenziya qərarlarının UEFA-ya açıqlanması üzrə son tarix 30 iyun 2020-ci il müəyyən edilib.

3. Klubların lisenziyalaşdırılması sistemi ilə bağlı UEFA-nın tətbiq etdiyi müstəsna prosedur

2020/2021-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün müstəsna prosedurun tətbiqinə əsasən Lisenziarlar üçün müəyyən olunmuş 15 aprel 2020-ci il tarixi 15 may 2020-ci il tarixinədək uzadılır.

Beləliklə, klubların minimum standartlara uyğun fəaliyyət göstərməsini qiymətləndirən müvafiq sənədlərin UEFA Administrasiyasına təqdim edilməsi üçün müəyyən edilmiş 1 may 2020-ci il tarixi 15 iyun 2020-ci il tarixinədək uzadılıb.

22
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

37
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

37
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Qurban Qurbanov, arxiv şəkli

"Qarabağ"dan üzücü xəbər: Qurban Qurbanov koronavirusa yoluxub

23
(Yenilənib 19:16 29.11.2020)
Dünən “Qarabağ”la Ağdama getməyən və bu gün komandanı meydana çıxarmayan 48 yaşlı mütəxəssisin səhhətindəki problem virusla bağlı olub

BAKI, 29 noyabr - Sputnik. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun koronavirusa yoluxması təsdiqlənib.

Sputnik Azərbaycan apasport.az saytına istinadən bildirir ki, bu, Premyer Liqanın XI turunun “Sənail”lə matçından (1:1) sonra açıqlanıb.

Bildirilib ki, dünən “Qarabağ”la Ağdama getməyən və bu gün komandanı meydana çıxarmayan 48 yaşlı mütəxəssisin səhhətindəki problem virusla bağlı olub. Qurbanovun koronavirus testi müsbət nəticə verib.

23
Teqlər:
Qurban Qurbanov, Qarabağ FK, yoluxma, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Prezident İlham Əliyev xalqa müraciəti zamanı

İlham Əliyev: Ermənistan rəhbərləri 20 il quldurlar - Koçaryan-Sarkisyan xunta rejimi olub

0
(Yenilənib 15:53 01.12.2020)
"Ermənistan, sən dalansan. Biz səni dalan etdik. Kim səni təcrid etdi? Biz. Enerji, nəqliyyat, elektroenergetika - biz onu təcrid etmişdik".

BAKI, 1 dekabr — Sputnik. "Ermənistan, haradasan? Bakı-Tbilisi-Ceyhan yan keçdi. Bakı-Tbilisi-Ərzurum da həmçinin. TANAP da həmçinin. İndi biz qazımızı Avropaya çatdırırıq. Sən, Ermənistan, pul qazana bilərdin. Kəmərin bir hissəsi sənin əlində ola bilərdi. Sən tranzit haqqı alacaqdın".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

"Sən özünü nədən məhrum etdin?! Dəyərdimi buna? Bu işğalçılıq, bu düşmənçilik, qonşuya qarşı bu nifrət hissləri, onları, bax, bu günə saldı. Biz nəqliyyatla, energetika ilə bağlı bütün işləri gördük. Biz nəinki neft-qaz, elektrik enerjisi dəhlizi yaratdıq. Bu gün Azərbaycan-Gürcüstan-Türkiyə enerji dəhlizi var. Bu gün Rusiya-Azərbaycan-İran enerji dəhlizi var. Bu gün Rusiya-Azərbaycan-İran nəqliyyat dəhlizi var. Bu il bu dəhliz vasitəsilə daşınan yüklərin həcmi təqribən 30-40 faiz artıb. Ermənistan 20 ildir ki, Şimal-Cənub nəqliyyat dəhlizi üzərində işləyir. Ortalıqda da bir şey yoxdur. Nə Şimal-Cənub dəhlizi ola bilər? Oradan, o dağlardan, o Mehri dağlarından dəmir yolu çəkmək olar? Adam gərək dəli olsun ki, oraya bir neçə milyard pul qoysun. Özü də yaxşı, tutaq ki, kimsə bu pulu verdi, sonra haraya gedəcək? Ermənistan, sən dalansan. Biz səni dalan etdik. Kim səni təcrid etdi? Biz. Enerji, nəqliyyat, elektroenergetika - biz onu təcrid etmişdik. Bu günlərdə bu çirkin qətnamələri qəbul edənlər və onların arxasında duranlar kömək etdimi onlara? Yox. Bizim iradəmizə təsir etdimi? Yox. Nəyə görə? Çünki güclü iradəmiz var, xalq-iqtidar birliyi var. Çünki Azərbaycan 1993-cü ildən bu günə qədər etibarlı əllərdədir. Azərbaycana rəhbərlik edən Ulu Öndər və ondan sonra mən Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tutmuşuq. Ermənistan rəhbərləri kim olub? 20 il quldurlar - Koçaryan-Sarkisyan xunta rejimi, iki il yarım da kim olub, erməni xalqı özü bilir. Qatar getdi. Amma hələ də gec deyil. Hələ o qatara minə bilərsiniz, əgər bizim icazəmiz olsa, əgər bizim şərtlərimiz təmin olunsa. Bundan sonra belə olacaq, ancaq belə olacaq!", - deyə Prezident qeyd edib.

0
Teqlər:
Ermənistan, Serj Sarkisyan, Robert Koçaryan