Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

AVRO-2020-nin pley-off oyunlarının yeni tarixi açıqlandı

© AFP 2023 / FABRICE COFFRINIЛоготип чемпионата Европы по футболу 2020
Логотип чемпионата Европы по футболу 2020  - Sputnik Azərbaycan
Abunə olmaq
Quruma üzv olan 55 milli assosiasiyanın baş katibi ilə bugünkü videokonfransda yığmaların pley-off mərhələsindəki qarşılaşmalarının yeni vaxtı müəyyənləşib. İyunda keçirilməsi nəzərdə tutulan görüşlər sentyabra salınıb

BAKI, 1 aprel — Sputnik. AVRO-2020-nin pley-off oyunlarının tarixi dəyişdirilib.

Sputnik Azərbaycan xəbər verir ki,  bu barədə UEFA qərar qəbul edib.

Quruma üzv olan 55 milli assosiasiyanın baş katibi ilə bugünkü videokonfransda yığmaların pley-off mərhələsindəki qarşılaşmalarının yeni vaxtı müəyyənləşib. İyunda keçirilməsi nəzərdə tutulan görüşlər sentyabra salınıb.

Bundan əvvəl pley-off görüşlərinin 26-31 martda keçirilməsi nəzərdə tutulurdu. Daha sonra oyunların tarixi 4-9 iyun tarixinə keçirildi. İndi isə görüşlərin 3-8 sentyabrda keçirilməsi qərara alınıb.

Qeyd edək ki, UEFA yığmaların iyundakı yoldaşlıq görüşlərini ləğv edib.

Pley-off oyunları

A liqası

İslandiya - Rumıniya

Bolqarıstan - Macarıstan

B liqası

Bosniya və Herseqovina - Şimali İrlandiya

Slovakiya - İrlandiya

C liqası

Şotlandiya - İsrail

Norveç - Serbiya

D liqası

Gürcüstan - Belarus

Şimali Makedoniya - Kosovo

Xəbər lenti
0