Tokio-2020 Olimpiya Oyunlarının loqosu, arxiv şəkli

Tokio-2020 Olimpiya oyunlarının vaxtı açıqlandı

27
(Yenilənib 17:42 30.03.2020)
Komitənin prezidenti Tomas Bax ötən həftə təşkilatın üzvləri ilə müzakirə aparıb. Bu qərar həm üzvlər, həm də Yaponiya hökuməti ilə ümumi razılıq əsasında verilib

BAKI, 30 mart — Sputnik. Yaponiya və Beynəlxalq Olimpiya Komitəsi nəhayət ki, razılığa gəliblər. Sputnik Azərbaycan xəbər verir ki, bu il nəzərdə tutulan Olimpiya oyunları növbəti il 23 iyul tarixinə ertələnib. Təşkilat komitəsinin nümayəndəsi Yosiro Mori mötəbər idman yarışının 4 avqust tarixinədək keçiriləcəyini bildirib. Paralimpiya Oyunlarının isə 24 iyul - 5 avqustda keçiriləcəyi planlaşdırılıb.

Məlumat üçün bildirək ki, təxirə salınmaya səbəb koronavirus pandemiyasıdır.

Qeyd edək ki, komitənin prezidenti Tomas Bax ötən həftə təşkilatın üzvləri ilə müzakirə aparıb. Bu qərar həm üzvlər, həm də Yaponiya hökuməti ilə ümumi razılıq əsasında verilib.

27
Əlaqədar
Tokio Olimpiadası ilə bağlı maraqlı qərar
Olimpiada təxirə salındı, idmançılarımız haqda qərar verildi
Çingiz Hüseynzadə: "Tezliklə həyat özünün normal axarına dönəcək"
Rəy: Olimpiadanın təxirə salınması "maksimum problemlər" yaradacaq
Real Madrid futbolçuları, arxiv şəkli

Koronavirus "Kral klubu"nun əl-ayağını bağladı

15
(Yenilənib 19:31 31.05.2020)
“Real” yalnız bir neçə futbolçusunu satacağı halda heyətinə yeni oyunçu cəlb edəcək. Amma bu ehtimal sıfıra bərabərdir

BAKI, 31 may — Sputnik. “Real” yay transferindən imtina edir

Kral klubu heyətinə yeni futbolçu cəlb etmək niyyətində deyil. Sputnik Azərbaycan “Marca” nəşrinə istinadən xəbər verir ki, koronavirus pandemiyasına görə yaranan iqtisadi böhran “Kral klubu”na da ciddi təsir edəcək. Madridlilərin maliyyə problemləri səbəbindən yayda bir futbolçu belə almayacağı qərarı verilib.

Qəzet yazıb ki, “Real” yalnız bir neçə futbolçusunu satacağı halda heyətinə yeni oyunçu cəlb edəcək. Amma bu ehtimal sıfıra bərabərdir. Çünki  klublar hazırda “Real” kimi komandanın yüksək ödənişli futbolçularının maaşını qarşılamağa hazır deyil.

15
Əlaqədar
Futbol klubundan cəsarətli addım: azarkeşləri görün nə ilə əvəz etdi
Fransada yüzlərlə azarkeş polisi çaş-baş qoydu
Futbol üzrə Azərbaycan çempionatı bərpa edilə bilərmi – Sənan Şəfizadə danışır
Azərbaycan əsilli sabiq futbolçu rinqə çıxdı – VİDEO
Avropanın ən dəyərli klubları - Madridlilər ilk pillədə
Aleksandr Əliyev, arxiv şəkli

Azərbaycan əsilli sabiq futbolçu rinqə çıxdı VİDEO

27
(Yenilənib 16:57 31.05.2020)
Karyerasının sonuncu peşəkar klubu Qazaxıstanın "Taraz"ı olan Aleksandr Əliyev boks yarışında aktyora uduzub

BAKI, 31 may — Sputnik. Ukrayna yığmasının və Moskva "Lokomotiv"inin sabiq yarımmüdafiəçisi, Azərbaycan əsilli oyunçu Aleksandr Əliyev futbolçu karyerasını başa vuraraq “Bitva” (“Döyüş”) şousu çərçivəsində boksda debüt edib.

Eks-futbolçunun boks döyüşünün videosu XSPORT.ua. saytının "YouTube" kanalında yayımlanıb. 

Otuz beş yaşlı Əliyev rinqə aktyor və model Nikita Vakulyukla çıxıb. Mübarizə eks-futbolçunun məğlubiyyəti ilə başa çatıb.

Əliyev Kiyevin "Dinamo", Moskvanın "Lokomotiv" və Mahaçqalanın "Anji" klublarındakı çıxışları ilə tanınır.

Futbolçu karyerasında oynadığı sonuncu peşəkar klub Qazaxıstanın "Taraz" klubu olub.

Bundan əvvəl, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Aleksandr Əliyevə Azərbaycan yığmasının tərkibində çıxış etməyi təklif etsə də, futbolçu bundan imtina edib. Əliyev 2005-ci ildən 2010-cu ilə və 2011-ci ildən 2013-cü ilə qədər Kiyevin "Dinamo" klubunun heyətində çempion olub.

"Bitva" şousunun beşinci mövsümü mayın 29-da start götürüb. Layihə çərçivəsində tanınmış bloqçular, aktyorlar, müğənnilər, televiziya aparıcıları və idmançılar boks qaydalarına əsasən rinqdə görüşürlər.

27
Əlaqədar
Fransada yüzlərlə azarkeş polisi çaş-baş qoydu
Birdəfəyə 100 min dolları necə uduzmaq olar – VİDEO
Futbol üzrə Azərbaycan çempionatı bərpa edilə bilərmi – Sənan Şəfizadə danışır
Azərbaycan əsilli futbolçuya cəza: öncə ikinci komanda, sonra isə icarə
Qaydalara riayət etmədi - ağır cəza aldı
Ofis işçiləri, arxiv şəkli

Karantin dövründə işdən çıxartma ilə bağlı 50 müraciət araşdırılır

0
(Yenilənib 11:49 02.06.2020)
Dövlət Əmək Müfəttişliyi Xidməti bütün işəgötürənlərin diqqətinə çatdırır ki, əmək müqavilələrinə əsassız xitam verilməsi halları ilə bağlı qəti tədbirlər bundan sonra da davam etdiriləcək

BAKI, 2 iyun — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək müqavilələrinə əsassız xitam verilməsi hallarına qarşı tədbirlərini davam etdirir. Bu barədə Sputnik Azərbaycan-a Nazirlikdən verilən məlumatda bildirilir.

Xidmət tərəfindən "Əmək müqaviləsi bildirişi" altsistemi üzərindən bu istiqamətdə daimi nəzarət həyata keçirilir. Nəzarət zamanı 9 işəgötürən tərəfindən karantin dövründə ayrı-ayrı şəxslərin evdən çıxaraq sərbəst hərəkət etmələri üçün müvafiq icazəni əldə etmələrinə şərait yaratmaq üçün onlarla bağlı reallığa uyğun olmayan əmək müqavilələri bağlayaraq bu barədə bildirişləri həmin e-sistemə daxil etdiklərinə dair əsaslı şübhələr yaranıb. Həmin işəgötürənlər barəsində toplanmış müvafiq məlumatlar araşdırılması və tədbirlər görülməsi üçün hüquq-mühafizə orqanlarına təqdim edilib. Eyni zamanda karantin dövründə əmək müqavilələrinə xitam vermiş 50-yə yaxın işəgötürənə xitam vermə halının əmək qanunvericiliyinə uyğun olub-olmamasının araşdırılması məqsədi ilə müvafiq sənədləri Xidmətə təqdim etmələri üçün məktublar göndərilib.

Dövlət Əmək Müfəttişliyi Xidməti bütün işəgötürənlərin diqqətinə çatdırır ki, əmək müqavilələrinə əsassız xitam verilməsi halları ilə bağlı qəti tədbirlər bundan sonra da davam etdiriləcək. Xidmət işəgötürənlərə əmək qanunvericiliyinin tələblərinə, karantin rejimi qaydalarına, tövsiyələrə əməl etməyi tövsiyə edir.

0
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Nazirliyin təklifinə əhəmiyyət vermədilər: 190 manat daha "şirin" gəldi
Müqaviləsiz işləyən 351 nəfər aşkar edilib
Qədir ağacları və zorən dəyərli kadrlar - "öz istəyimlə gedirəm" bundan belə qiymətə minir
Koronavirusa görə işəgötürənlərə xəbərdarlıq
Böyük amnistiya nə verəcək? Hamı çıxış yolu axtarır, atılacaq addım isə bəlli deyil