Kriştianu Ronaldu

İtalyanlar ümidlərini itirmirlər

13
(Yenilənib 15:52 26.03.2020)
Qeyd edək ki, İtaliya çempionatı martın 10-da koronavirus pandemiyasına görə dayandırılıb. Daha sonra İspnaiya, Almaniya və Fransa da oyunların keçirilməsini dayandırıb.

BAKI, 26 mart — Sputnik. Futbol üzrə İtaliya çempionatının yayda keçirilməsi təklif edilib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, İtaliya Futbol Federasiyasının rəhbəri Qabriel Qravin koronavirus pandemiyasına görə dayandırılmış ölkə çempionatı bir neçə aydan sonra keçirilə bilər.

"Mən hələ də çempionatın bərpa ediləcəyinə inanıram. Mənim üçün məğlub olmaq çox çətindir. Biz çempionatı iyunun 30-dan sonra da keçirə bilərik" - o vurğulayıb.

Qeyd edək ki, İtaliya çempionatı martın 10-da koronavirus pandemiyasına görə dayandırılıb. Daha sonra İspnaiya, Almaniya və Fransa da oyunların keçirilməsini dayandırıb.

13
Qurban Qurbanov, arxiv şəkli

Qurban Qurbanov: “Fikrimiz Azərbaycan əsgərlərinin yanındadır”

18
(Yenilənib 16:01 22.10.2020)
“Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov deyir ki, futbolçuları oyuna motivasiya etməyə çalışırıq
Qurban Qurbanov: ““Makkabi”nin yaxşı oyun fəlsəfəsi var”

“Rəqibimizin Çempionlar Liqasında həm Belarusun “Dinamo” (Brest), həm də Avstriyanın “Zaltsburq” komandaları ilə keçirdiyi matçları izləmişəm. Özünəməxsus oyun taktikası olan komandadır”.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İsrailin paytaxtı Təl-Əvivdə “Makkabi”yə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının I qrupunun ilk tur matçı barədə danışarkən deyib.

O bildirib ki, rəqibin hansısa futbolçusunu fərqləndirmək istəmir: ““Makkabi”nin yaxşı oyun fəlsəfəsi var. Hazırda Qarabağda müharibə getdiyi üçün fikrimiz Azərbaycan əsgərlərinin yanındadır. Ordumuz torpaqlarımızın işğaldan azad olunması üçün mübarizə aparır. Hər gün cəbhədən xoş xəbərlər gəlir. Biz də futbolçularımızı oyuna motivasiya etməyə və sərfəli nəticə qazanmaq üçün əlimizdən gələni etməyə çalışırıq”.

Qeyd edək ki, bu gün “Blumfild” stadionunda keçiriləcək “Makkabi” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qurban Qurbanovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

18
Qarabağ FK-nın oyunçuları, arxiv şəkli

"Qarabağ" bu gün Avroliqa oyununa çıxır

26
(Yenilənib 02:22 22.10.2020)
Tel-Əvivin "Makkabi" klubu ilə oyun bu şəhərin Blumfeld stadionunda Bakı vaxtı ilə 23:00-da baş tutacaq

BAKI, 22 oktyabr - Sputnik. Bu gün Ağdamın “Qarabağ” klubu Avropa Liqasının qrup mərhələsində ilk sınağına çıxacaq.

Sputnik Azərbaycan bildirir ki, Qurban Qurbanovun yetirmələri İ qrupunda ilk oyunu səfərdə, İsraildə keçirəcəklər.

Tel-Əvivin "Makkabi" klubu ilə oyun bu şəhərin Blumfeld stadionunda Bakı vaxtı ilə 23:00-da baş tutacaq. Qeyd edək ki, dünən İsrailə yollanan komanda oradakı qarşılanmadan məmnunluğunu sosial şəbəkədə bu foto ilə bildirib:

Qurban Qurbanov oyun barədə danışarkən "Makkabi"nin həm "Dinamo" (Brest, Belarus), həm də "Zalsburq"la (Avstiya) matçlarını izlədiyini bildirib: "Özünəməxsus oyun taktikası olan bir komandadır. Rəqibin hansısa futbolçusunu fərqləndirmək istəməzdim. "Makkabi"nin yaxşı oyun fəlsəfəsi var.

Təbii ki, hazırda ölkəmizdə müharibə getdiyinə görə fikrimizin əsgərlərimizin yanında olmağı normaldır. Ordumuz torpaqlarımızın işğaldan azad olunması üçün mübarizə aparır. Hər gün cəbhədən xoş xəbərlər gəlir. Futbolçularımı matça motivasiya etməyə çalışacam. Sərfəli nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, "Makkabi" - "Qarabağ" oyununun baş hakimi şotlandiyalı Con Biton olacaq.

Qrupun digər qarşılaşması isə İspaniyada, Vilyarealın "La Seramika" stadionunda baş tutacaq. Burada "Vilyareal" Türkiyə təmsilçisi "Sivasspor"u qəbul edəcək. 

26
Teqlər:
"Makkabi" FK (Tel-Əviv), qrup mərhələsi, Avropa Liqası, futbol, "Qarabağ" FK
Əlaqədar
"Qarabağ" qardaş Türkiyəni seçdi
UEFA rəhbərliyi Bakının AVRO-2020 siyahısından çıxarılacağını istisna etmir
Yaşıl sahənin adamı: "Gün gələcək, Şuşada Avropa çempionatı keçirəcəyik"
Dünya futbolunun türk ulduzu Azərbaycana dəstəyini ifadə etdi
UEFA rəhbəri: "Ümid edirəm ki, Qarabağdakı münaqişə tezliklə sülh yolu ilə həll ediləcək"
(2:08 / 13.71Mb / просмотров видео: 1)

İsrail səfiri Gəncədə: “Qurbanların başına gələnləri dinləmək ürəyimi ağrıdır”

0
(Yenilənib 18:58 22.10.2020)
İsrailin Azərbaycandakı səfiri Corc Dik Gəncə şəhərinə baş çəkərək, erməni SQ-nin atdığı ballistik raketin törətdiyi fəsadlarla tanış olub, zərər çəkmişlərin ailələri ilə görüşüb. Daha ətraflı – videomuzda.

İsrailli diplomat Gəncə şəhərinə baş çəkib. Səfir Corc Dik Gəncədə erməni SQ-nin atdığı ballistik raketindən uçmuş evlərin qurbanları ilə görüşüb, onlara şəxsən öz və bütün İsrail dövlətinin başsağlığını çatdırıb.

“Mən qurbanların bəziləri ilə bu gün görüşdüm. Bəziləri ilə daha sonra tanış olacağam. Onların başına gələnləri dinləmək ürəyimi ağrıdır. Milli mənsubiyyət və inancından asılı olmayaraq, dinc əhaliyə qarşı hücumlar qəbuledilməzdir. Hər insanın həyatı vacibdir”, - deyə israilli diplomat mətbuata açıqlamasında deyib.

Corc Dik həm də İsrail-Azərbaycan münasibətlərindən danışıb. O, münasibətimizin dostluq üzərində qurulduğunu, tarixi köklərə dayandığını və özünü iqtisadiyyatın müxtəlif sayələrdə əməkdaşlığımızda büruzə verdiyini bəyan edib.

Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından 100 km kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutub. İçərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binalarda 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16-sı qadın, 6-sı uşaq olmaqla 34 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.

Oktyabrın 12-də isə yaralı şəxslərdən biri, 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı müalicə olunduğu xəstəxanada vəfat edib.

Oktyabrın 17-də Ermənistan ordusunun Gəncəyə daha bir raket hücumu nəticəsində 4-ü uşaq olmaqla 16 nəfər dinc sakin həlak olub, 52 nəfər xəsarət alıb.

0