Milli Olimpiya Komitəsi

Milli Olimpiya Komitəsinin əməkdaşları Fonda pul köçürdülər

47
(Yenilənib 20:00 25.03.2020)
MOK vətəndaşları, o cümlədən olimpiya hərəkatının çoxminli üzvlərini koronavirusla mübarizədə aktiv olmağa, yaşlı insanların qayğısına qalmağa, zərurət olmadığı təqdirdə evdən çıxmamağa və ictimai yerlərə toplaşmamağa çağırır

BAKI, 25 mart - Sputnik. Milli Olimpiya Komitəsinin əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüblər.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Milli Olimpiya Komitəsinin əməkdaşları aylıq əmək haqlarının bir qismini Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.

MOK mətbuat xidmətindən bildiriblər ki, qlobal pandemiya ilə mübarizə üçün sosial həmrəyliyin nümayiş etdirilməsini zəruri sayan MOK vətəndaşları, o cümlədən olimpiya hərəkatının çoxminli üzvlərini koronavirusla mübarizədə aktiv olmağa, özlərini və ətrafdakı insanları qorumaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına ciddi riayət etməyə, yaşlı insanların qayğısına qalmağa, zərurət olmadığı təqdirdə evdən çıxmamağa və ictimai yerlərə toplaşmamağa çağırır.

47
Qarabağ - Makkabi oyunu

"Qarabağ" İsraildə ilk xalını qazandı

36
(Yenilənib 00:38 04.12.2020)
“Qarabağ” qrupda son oyununu dekabrın 10-da keçirəcək. Ağdamlılar İspaniyada “Vilyarreal”ın qonağı olacaqlar

BAKI, 3 dekabr - Sputnik. Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

Sputnik Azərbaycan apasport.az-a istinadən bildirir ki, Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsinin V turunda meydana çıxıb.

İlk 4 görüşdə uduzduqdan sonra İ qrupunda sonuncu yeri tutduğu rəsmiləşən Qurban Qurbanovun yetirmələri İsrailin “Makkabi” klubu ilə görüşüb. Cari mövsümdə avrokuboklarda son ev matçını keçirən təmsilçimiz Təl-Əviv klubunu da İstanbuldakı “Başakşəhər Fatih Teim” stadionunda qəbul edib.

Baş məşqçi Qurban Qurbanov və əsas heyətin bir sıra üzvləri koronavirusa yoluxduğu üçün qardaş ölkəyə böyük itkilərlə yollanan “Qarabağ” turnirdə ilk xalını qazanıb. Qarşılaşmada hər iki qol ilk 45 dəqiqədə vurulub.

Komandamız hissənin ortalarında qapısında qol görüb. İsrail təmsilçisi penalti ilə hesabı açıb. Ağdamlılar ilk yarı başa çatmamış hesabda tarazlıq yaradıblar. Xayme Romero bərabərlik qoluna imza atıb. 

Qrupun digər oyununda “Sivasspor” Türkiyədə “Vilyareal”ı qəbul edib. İspaniya təmsilçisi 1 qolla səfər qələbəsi qazanıb.

Qeyd edək ki, “Qarabağ” qrupda son oyununu dekabrın 10-da keçirəcək. Ağdamlılar İspaniyada “Vilyarreal”ın qonağı olacaqlar.

Avropa Liqası
Qrup mərhələsi
V tur, İ qrupu
3 dekabr
21:55. “Qarabağ” (Azərbaycan) - “Makkabi” (Təl-Əviv, İsrail) - 1:1
Qollar:  Xayme Romero, 37 - Yonatan Kohen, 22 (pen.)

Baş hakim: Robert Hennessi (İrlandiya)
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 77. Donald Gerye, 8. Uroş Matiç, 2. Qara Qarayev (k), 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 44. Elvin Cəfərquliyev, 7. Ovusu Kvabena, 9. Xayme Romero, 18. İsmayıl İbrahimli
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayxan Arazlı, 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev 
Məşqçi: Elçin Rəhmanov
“Makkabi”: 19. Daniel Tennenbaum, 30. Maor Kandil, 18. Eytan Tibi, 21. Şeran Yeini (k), 27. Ofir Davidzada, 23. Eyal Qolasa, 42. Dor Perets, 24. Yonatan Kohen, 44. Luis Ernandes, 17. Dan Biton, 9. Nik Blekmen
Ehtiyat oyunçular: 1. Daniel Perets, 3. Matan Baltaksa 11. Tal Ben Haim, 22. Avi Rikan, 25. Amit Qlazer, 29. Eylon Almoq, 39. Eduardo Gerrero, 47. Eden Karzev, 10. Etey Şexter, 6. Dan Qlazer, 31. Şahar Piven, 72. Aleksandar Peşiç
Baş məşqçi: Giorgios Donis

36
Teqlər:
UEFA Avropa Liqası, "Makkabi" FK (Tel-Əviv), Qarabağ FK
Futbolçular, arxiv şəkli

UEFA Azərbaycana qoyduğu qadağanı ləğv elədi

23
(Yenilənib 21:46 03.12.2020)
Qadağa müddətində Azərbaycan yığması Millətlər Liqasının iki matçını ölkə xaricində keçirib, “Qarabağ” isə Avropa Liqasının Türkiyədəki üçüncü ev oyununa bu gün çıxacaq

BAKI, 3 dekabr - Sputnik. Azərbaycan və Ermənistanın beynəlxalq oyunlara ev sahibliyi etməsinə icazə verilib.

Sputnik Azərbaycan apasport.az-a istinadən bildirir ki, bu barədə qərarı UEFA-nın İcraiyyə Komitəsi verib.

Qurum bugünkü iclasında Qarabağdakı hərbi əməliyyatların dayandırılmasını nəzərə alaraq, oktyabrın 20-də tətbiq etdiyi qadağanı aradan qaldırıb. Bu isə o deməkdir ki, milli və klub səviyyəli komandalarımız ev oyunlarını ölkəmizdə keçirə biləcəklər.
Qeyd edək ki, qadağa müddətində Azərbaycan yığması Millətlər Liqasının iki matçını ölkə xaricində keçirib, “Qarabağ” isə Avropa Liqasının Türkiyədəki üçüncü ev oyununa bu gün çıxacaq.

23
Teqlər:
"Qarabağ" FK, milli komanda, futbol, qadağa, Azərbaycan, UEFA
Biznes  ledi

İllərin sənətçisi yeni biznesə başlayıb

0
(Yenilənib 23:45 04.12.2020)
Sayan istehsalına yenicə başladıqları məhsul haqqında məlumat da verib. Müğənninin bildirdiyinə görə, sözügedən odekolon öd ağacından hazırlanıb

BAKI, 4 dekabr — Sputnik. Türkiyəli müğənni Seda Sayan yeni biznesə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi öz adı ilə istehsal olunan ətirli kolonyanı satışa çıxarmağa hazırlaşır.

View this post on Instagram

A post shared by Seda Sayan (@sedasayan)

Artıq Seda məhsullarla çəkdirdiyi fotosunu özünün "Instagram" səhifəsində paylaşıb. O, istehsalına yenicə başladıqları məhsul haqqında məlumat da verib. Müğənninin bildirdiyinə görə, sözügedən odekolon öd ağacından hazırlanıb. Qeyd edək ki, kolonya qutusunun üzərində Seda Sayanın şəkli yer alıb.

0