Yuventus klubunun hücumçusu Kriştianu Ronaldu

Ronaldu koronavirus testinin cavabını aldı...

50
(Yenilənib 22:01 22.03.2020)
“Yuventus”un bütün oyunçuları COVID-19 testindən keçiriliblər. Bu günə kimi üç futbolçuda virusa müsbət cavab çıxıb. Bunlar müdafiəçi Daniel Ruqani, yarımmüdafiəçi Blez Matyuidi və hücumçu Paulu Dibaladır.

BAKI, 22 mart — Sputnik. İtaliyanın “Yuventus” klubunun və İtaliya millisinin futbolçusu Kriştianu Ronaldu koronavirusla bağlı verdiyi testin cavabını alıb. Sputnik Azərbaycan “A Bola”ya istinadla xəbər verir ki, cavab mənfi olub.

Nəşr qeyd edir ki, “Yuventus”un bütün oyunçuları COVID-19 testindən keçiriliblər. Bu günə kimi üç futbolçuda virusa müsbət cavab çıxıb. Bunlar müdafiəçi Daniel Ruqani, yarımmüdafiəçi Blez Matyuidi və hücumçu Paulu Dibaladır.

Bundan sonra bütün komanda karantinə yerləşdirilib. Amma turinlilərin hücumçusu Qonsalo İquain və Ronaldunun nişanlısı karantin şərtlərini pozublar. Onların bu addımı kəskin tənqid olunub.

50
AVRO 2020-nin loqosu loqosu, arxiv şəkli

AVRO-2020-nin keçirilməsi ilə bağlı üç senari açıqlandı

9
(Yenilənib 20:58 01.12.2020)
UEFA Avropada koronavirusa yoluxanların azalması mövqeyindən çıxış edir. Qeyd olunur ki, məsələ ilə bağlı yekun qərar gələn ilin martında qəbul olunacaq.

BAKI, 1 dekabr — Sputnik. Futbol üzrə Avropa Çempionatının – AVRO-2020-nin Rusiya hissəsinin təşkilat komitəsinin baş katibi Aleksey Sorokin turnirin keçirilməsi üçün 3 ssenarini açıqlayıb. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Sorokin bildirib ki, AVRO-2020 tam miqyasda, stadiona məhdud şəkildə azarkeşlər buraxılmaqla və ya tam olaraq azarkeşsiz keçirilə bilər.

Onun sözlərinə görə, UEFA Avropada koronavirusa yoluxanların azalması mövqeyindən çıxış edir. Qeyd olunur ki, məsələ ilə bağlı yekun qərar gələn ilin martında qəbul olunacaq.

AVRO-2020 ötən ilin yayında Avropanın 12 şəhərində keçirilməli idi. Pandemiya səbəbində turnir 2021-ci il 11 iyun - 11 iyul aralığında keçiriləcək. Oyunları Bakı, Budapeşt, Münhen, Kopenhagen, Dublin, Roma, Amsterdam, Sankt-Peterburq, Buxarest, Qlazqo və London qəbul etməlidirlər. Hər iki yarımfinal və final oyunları Londonun "Uembli" stadionunda olmalıdır. Bakı Olimpiya Stadionunda A qrupunun 3 oyunu və 1/4 finalın bir görüşü keçirilməlidir.

9
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

37
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

37
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Haluk Levent

Müğənni koronavirusa görə işsiz qalanlar üçün xeyriyyə aksiyası keçirəcək

0
(Yenilənib 00:07 03.12.2020)
Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

BAKI, 3 dekabr — Sputnik. Türkiyəli müğənni Haluk Levent növbəti xeyriyyə işi ilə gündəmə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

O, 20 min ailəyə qida paketləri paylayacağını söz verib. Qeyd edək ki, Haluk Levent AHBAP adlı (Anadolu Halk ve Barış Platformu) xeyriyyə təşkilatının lideridir.

Müğənni olmaqla yanaşı, yardıma ehtiyacı olan insanlara kömək kampaniyaları ilə də məşhurdur. O, hətta ötən il Azərbaycanda xərçəng xəstəliyindən əziyyət çəkən Surə Nadirovanın müalicəsi üçün xeyriyyə konserti təşkil etmişdi.

Sənətçi bundan başqa, ötən ay İzmirdə baş verən zəlzələ nəticəsində sahibsiz qalan və yaralanan heyvanlara da yardım edib.

0