Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İtalyanlar Ronaldu ilə bağlı plan qurdular

© REUTERS / ALBERTO LINGRIA"Yuventus" klubunun hücumçusu Kriştianu Ronaldu
Yuventus klubunun hücumçusu Kriştianu Ronaldu  - Sputnik Azərbaycan
Abunə olmaq
Ronaldu hazırda doğma Madeyra adasındadır. Koronavirusun yayılması səbəbindən o, “Yuventus”a qayıtmaqdan imtina edib

BAKI, 16 mart — Sputnik. Turinin “Yuventus” klubu hücumçusu Kriştianu Ronaldu ilə vaxtı 2022-ci ildə bitən müqaviləni uzatmaq niyyətindədir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə “Tuttosport” yazır. 

Долорес Авейру и Криштиану Роналду - Sputnik Azərbaycan
İDMAN
Ronaldunun anasının həyatı təhlükədə - İnsult keçirdi

Nəşrin məlumatına görə, klub portuqaliyalı ilə müqaviləni 2024-cü ilədək uzatmağı, maaşını da ildə 31 milyon avro həddində saxlamağı düşünür. Həmçinin qeyd olunur ki, “Yuventus” Ronaldunu klubda saxlamaq üçün daha bir hücumçu almaq niyyətindədir. 

“Qoca sinyora”nın yeni alacağı forvardın yaşı 30-dan çox olmamalı və o, əsasən Ronalduya kömək etməlidir. Namizədlər siyahısında Timo Verner (“RB Leypsiq”), Harri Keyn (“Tottenhem”), Qabriel Jezus (“Mançester Siti”) və Mauro İkardinin (PSJ) adları var.

Ronaldu hazırda doğma Madeyra adasındadır. Koronavirusun yayılması səbəbindən o, “Yuventus”a qayıtmaqdan imtina edib. Bildirilir ki, onun oyun yoldaşı Daniele Ruqani də koronavirusa yoluxub. Hazırda bir çox Avropa liqaları kimi, İtaliya çempionatı da dayandırılıb.

35 yaşlı Ronaldu bu mövsüm “Yuventus”un lider olduğu İtaliya çempionatında 22 oyunda 21 qol vurub. Komandaya o, 2018-ci ilin yayında gəlib, 2019-da isə ölkə çempionu olub.

Ronaldu Madrid “Real”ında, İngiltərənin “Mançester Yunayted”, Lissabonun “Sportinq” klublarında oynayıb. Onun beş “Qızıl top”u var, beş dəfə Çempionlar Liqasının, Portuqaliya millisi ilə isə Avropa çempionatının qalibi olub.

Xəbər lenti
0