CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rəy: Olimpiadanın təxirə salınması "maksimum problemlər" yaradacaq

© AFP 2023 / PHILIP FONGЛоготип Олимпийских игр в Токио-2020, фото из архива
Логотип Олимпийских игр в Токио-2020, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Olimpiya oyunlarının təxirə salınması halında ortaya bir çox suallar çıxacaq. Bunu Sputnik radiosuna idman jurnalisti Aleksey Osin bildirib.

BAKI, 12 mart — Sputnik. Koronavirus pandemiyası səbəbindən Tokio Olimpiadasının təxirə salınmasına dair qərar qəbul edilsə, oyunlar bir və ya iki il sonra keçirilə bilər. Bu barədə "The Wall Street Journal" nəşri Yaponiyanın Oyunların Təşkilat Komitəsinin üzvü Haruyuki Takahaşiyə istinadən məlumat verib.

Логотип Олимпийских игр в Токио-2020, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Tokio-2020 Olimpiadası iki illiyinə təxirə salına bilər - RƏSMİ

Takahaşi qeyd edib ki, Olimpiadanın bir il sonraya təxirə salınması çətin olacaq, çünki bu halda oyunlar digər vacib idman hadisələri ilə eyni vaxtda keçiriləcək. "Ən asan yol Olimpiya oyunlarını iki il sonra keçirməkdir, çünki idman tədbirlərinin növbəti il üçün cədvəli artıq demək olar ki, tamamilə razılaşdırılıb" – o, deyib.

Beynəlxalq Olimpiya Komitəsi iyulun 24-dən avqustun 9-dək baş tutacaq Tokio Olimpiadasını uğurla keçirmək niyyətində olduğunu bildirib. Oyunların Təşkilat Komitəsi fevralda vəziyyətin monitorinqi üzrə xüsusi işçi qrupunun yaradıldığını elan edib.

İdman jurnalisti Aleksey Osin əmindir ki, Olimpiya oyunlarının təxirə salınması halında idmançıların çox sayda problemləri yaranacaq.

"Kimin formasını itirib-itirməyəcəyini demək çətindir. Bu fərdi məsələdir. Başqa məsələ Olimpiya lisenziyalarıdır. Yay keçəcək, yeni mövsüm və yeni yarışlar başlayacaq. İştiraka icazə bu yarışlar yoxsa əvvəlki lisenziyalar əsasında veriləcək? Bir il təxirə salınsa, kim çıxış edəcək? Bəs əgər iki il olsa? Bu, maksimum problemlər yaradır. Bu halda beynəlxalq yarışların təqvimi pozulur", – Osin Sputnik radiosuna müsahibəsində bildirib. 

Yeni koronavirus pandemiyasına görə Olimpiadanın bir neçə təsnifat turniri təxirə salınıb. Bundan başqa, Yunanıstanın Milli Olimpiya Komitəsi məlumat verib ki, ənənəvi olaraq bu ölkədə keçirilən Olimpiya məşəlinin yandırılması mərasimi tamaşaçılarsız baş tutacaq.

Dünya üzrə yeni koronavirusa artıq 120 mindən çox insan yoluxub, onların əksəriyyəti sağalıb, təxminən 4700 nəfər dünyasını dəyişib.

Xəstəlik ilk dəfə Çinin Uhan şəhərində 2019-cu ilin dekabrında qeydə alınıb. Avropada koronavirus daha çox İtaliyada yayılıb.

Xəbər lenti
0