Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İdman aləmi şokda: Çempionlar Liqası və Avropa Liqası dayandırıldı

© Sputnik / Murad OrujovФутбольные мячи, фото из архива
Футбольные мячи, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan əvvəl isə məlumat yayılıb ki, UEFA İtaliyanın "Roma" və "İnter Milan" klublarından Avropa Liqasında iştirakı dayandırmağı xahiş edib.

BAKI, 12 mart — Sputnik. UEFA koronavirus pandemiyası ilə əlaqədar olaraq Çempionlar Liqasını və Avropa Liqasını dayandırıb.

Футбольные мячи, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Yeni Çempionlar Liqası yaradılır

Sputnik Azərbaycan xəbər verir i, bu barədə məlumatı İspaniyanın "Marca" nəşri yayıb.

Hələ ki, bu barədə rəsmi bəyanat verilməyib.

Bundan əvvəl isə "Daily Mail" nəşri xəbər verib ki, UEFA İtaliyanın "Roma" və "İnter Milan" klublarından Avropa Liqasında iştirakı dayandırmağı xahiş edib, lakin hər iki klub buna rədd cavabı veriblər. 

Cons Hopkins Universitetinin (Johns Hopkins University) bu səhərə olan məlumatına görə, dünya üzrə koronavirusa 126 258 nəfər yoluxub, 4 638 nəfər xəstəlikdən dünyasını dəyişib, 68 266 nəfər sağalıb.

Koronavirus altı qitədə 116 ölkənin ərazisində yayılıb. Yeni növ koronavirusun yaratdığı xəstəlik hazırda "COVID-19" ("CO" – korona, "VI" – virus, "D" – xəstəlik (ingiliscə – disease), "19" – yaranma ili) adlanır.

AVRO-2020 koronavirusa görə təxirə salınacaq? İddialara cavab gəldi

Bu arada İtaliya koronavirusun yayılmasına görə Avropada birinci yeri tutur. Çərşənbə axşamı açıqlanan son rəsmi məlumatlara görə, ölkədə koronavirusdan daha 196 nəfər dünyasını dəyişib. Beləliklə İtaliyada "COVID-19" qurbanlarının sayı 827-ə çatıb. Yoluxmuş 12462 nəfərdən 1045-i sağalıb.

Çərşənbə günü İtaliyanın Baş naziri Cüzeppe Konte koronavirusun yayılmasına qarşı mübarizə üçün yeni tədbirlərin tətbiq olunduğunu açıqlayıb. Belə ki, zəruri mallar satan mağazalar və apteklər istisna olmaqla, bütün ticarət fəaliyyəti dayandırılıb.

Xəbər lenti
0