Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Tokio-2020 Olimpiadası iki illiyinə təxirə salına bilər - RƏSMİ

© AFP 2023 / CHARLY TRIBALLEAUЛоготип Олимпийских игр в Токио-2020, фото из архива
Логотип Олимпийских игр в Токио-2020, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yunanıstan koronovirus səbəbindən martın 12-ə planlaşdırılan Olimpiya məşəlinin yandırılması ənənəvi mərasimini tamaşaçısız keçirməyə qərar verib.

BAKI, 11 mart — Sputnik, Teymur Tuşiyev. Tokioda keçirilməsi nəzərdə tutulan 2020-ci ilin Yay Olimpiya Oyunları bir yaxud da iki il müddətinə təxirə salına bilər. Sputnik Azərbaycan Wall Street Journal-a istinadla xəbər verir ki, bu ehtimalı Tokio-2020-nin təşkilat komitəsi səsləndirib.

Tokio Olimpiadası-2020-nin təşkilat komitəsinin üzvü Haruyuki Takahaşi qeyd edib ki, əgər bu il koronavirusa görə Olimpiya Oyunlarının təxirə salınması barədə qərar qəbul olunsa, onda Oyunlar 2021 və yaxud da 2020-ci ilədək təxirə salına bilər.

"Olimpiadanın ləğv olunacağını düşünmürəm, sadəcə, vaxtı dəyişdiriləcək. Əgər o tamamilə ləğv olunsa, Beynəlxalq Olimpiya Komitəsi çətin vəziyyətə düşəcək", - deyə Takahaşi bildirib.

Вице-президент НОК Чингиз Гусейнзаде - Sputnik Azərbaycan
İDMAN
Olimpiya komandamızın iki bayraqdarı olacaq

Takahaşi hesab edir ki, Oyunların təxirə salınması ilə bağlı sual yaranarsa, çox güman ki, bu, 2022-ci ildə keçiriləcək, çünki bir il gecikmə Olimpiya Oyunlarının digər böyük idman hadisələri ilə kəsişməsinə səbəb olacaq.

"Növbəti il üçün idman yarışlarının təqviminin praktik olaraq təsdiqləndiyini nəzərə alsaq, Olimpiya Oyunlarını iki il təxirə salmaq ən asanıdır", - deyə Tokio-2020-nin təşkilat komitəsinin üzvü bildirib.

Bundan əvvəl BOK-un rəhbəri Tomas Bax təmsil etdiyi qurumun Olimpiya Oyunlarını qrafik üzrə - iyulun 24-dən avqustun 9-dək Tokioda keçirmək niyyətində olduğunu bildirmişdi. Bununla yanaşı, bir sıra olimpiya kvalifikasiya turnirləri də koronavirusun yayılması təhlükəsi səbəbindən ləğv edilib. Eyni səbəbdən Yunanıstan, martın 12-ə planlaşdırılan Olimpiya məşəlinin yandırılması ənənəvi mərasimini tamaşaçısız keçirməyə qərar verib.

Xəbər lenti
0