Leonid Slutski, arxiv şəkli

"Arvadağız" futbolçuların məşqçisi danışıb...

19
(Yenilənib 00:14 29.02.2020)
Xatırladaq ki, Slutski "Rubin" komandasına 2019-cu ildən rəhbərlik edir və mütəxəssislə 5 illik müqavilə imzalanıb.

BAKI, 29 fevral — Sputnik. Kazanın "Rubin" komandasının baş məşqçisi Leonid Slutski oyunçuların əksəriyyətinin "arvadağız" olduğunu deyib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, o bu barədə "Biznes Online" nəşrinə açıqlamasında bildirib.

"Mənim fikrimcə, bütün futbolçular "arvadağızdır". Sevgililəri və həyat yoldaşlarının yanlarında olması oyunçulara yaxşı təsir edir", - deyən Slutski bu səbəbdən onlara "Rubin"in təlim düşərgələrinə getməyə icazə verdiyini qeyd edib.

Eyni zamanda, Slutski qeyd edib ki, Avropada qadın şuraları var. Onun sözlərinə görə, şura nümayəndələri klub əməkdaşları ilə əlaqə saxlayırlar. "Buna görə də qadınların təsirini dəyərdən salmaq olmaz", - deyə o qeyd edib. Xatırladaq ki, Slutski "Rubin" komandasına 2019-cu ildən rəhbərlik edir və mütəxəssislə 5 illik müqavilə imzalanıb.

19
Əlaqədar
Sümüyə düşən fəndlər: AVRO-2020-nin musiqi yığması
Quus Tilin ən yaxşı oyunçu barədə fikirləri Şürlenin rəyi ilə üst-üstə düşdü
Yari Litmanen: Fi̇nlərin AVRO-da talismanı olacaq – yapalaq... və Pukki
Bu qadının elədiyi kişiləri də mat qoydu - VİDEO
Millimiz yeddi qol "yedi"
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

42
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

42
Ramil Quliyev

Dünya çempionu da "Qarabağ Azərbaycandır!" dedi

32
(Yenilənib 23:21 29.10.2020)
İdmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

BAKI, 29 oktyabr — Sputnik. Türkiyə millisinin azərbaycanlı dünya çempionu Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket zərbələri ilə törətdiyi terror barədə özünün "Instagram" səhifəsində paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, idmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

Ramil Quliyevin paylaşımının skrinşotu

Bununla yanaşı, sosial şəbəkədə Qarabağa aid video yayımlayıb və qeyd bölməsinə "Qarabağ Azərbaycandır" yazıb.

Qeyd edək ki, 30 yaşlı idmançının "Instagram"da 67 mindən çox izləyicisi var.

32