Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Əfsanəvi qapıçının virus zarafatı başına bəla oldu - VİDEO

© REUTERS / MASSIMO PINCAДжанлуиджи Буффон, фото из архива
Джанлуиджи Буффон, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Canluici Buffonun asiyalı şəxsə münasibətdə zarafatı o qədər də xoş qarşılanmayıb. Bir çoxları bunun yersiz olduğunu bildiriblər

BAKI, 16 fevral — Sputnik. "Yuventus"un əfsanəvi qapıçısı Canluici Buffon avtoqraf istəyən asiyalı azarkeşlə koronavirusla bağlı zarafat edib.

Sputnik Azərbaycan İtaliya mətbuatına istinadən xəbər verir ki, bu hadisə ölkə kubokunun yarımfinalında "Milan"la oyundan sonra baş verib. Buffon imza atarkən azarkeşdən "Mən səni izləyirəm. Korona? Sən Uhandansan?" deyə gülərək soruşub.

Buffonun bu zarafatı o qədər də xoş qarşılanmayıb. Sosial şəbəkədə bir çoxları qapıçının asiyalı şəxsə münasibətdə zarafatının yersiz olduğunu bildiriblər.

Xatırladaq ki, "Milan" doğma meydanda "Yuventus"la qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Meydan sahiblərindən oyunun 61-ci dəqiqəsində Rebiç, qonaq komanda da isə qarşılaşmaya əlavə olunmuş vaxtda Ronaldo fərqlənə bilib. Bu komandalar arasında cavab oyunu martın 4-ü keçiriləcək.

Xəbər lenti
0