CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ramil Quliyev ata oldu

© AFP 2023 / Glyn KIRKRamil Quliyev
Ramil Quliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Ramil idmançı həyat yoldaşı, 2012-ci il London Olimpiya oyunlarının gümüş medalçısı, Rusiyanın Əməkdar idmançısı Yekaterina Zavyalova ilə evlidir. Cütlüyün toyu ötən ilin avqust ayında baş tutub

BAKI, 27 yanvar — Sputnik. Yüngül atletika üzrə dünya çempionu həmyerlimiz Ramil Quliyev ilk dəfə ata olub. Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə öz "Instagram" hesabında məlumat yayıb. Övladı ilə şəklini paylaşan idmançı "Bu dünyaya xoş gəldin", - yazıb.

Qeyd edək ki, Ramil idmançı həyat yoldaşı, 2012-ci il London Olimpiya oyunlarının gümüş medalçısı, Rusiyanın əməkdar idmançısı Yekaterina Zavyalova ilə evlidir. Cütlüyün toyu ötən ilin avqust ayında baş tutub.

Посмотреть эту публикацию в Instagram

Bu dünyaya hoş geldin🐣

Публикация от Ramil Guliyev (@grame90)

Xatırladaq ki, Ramil Quliyev 2007-2011-ci illərdə Azərbaycan yığmasının, 2011-ci ildən isə Türkiyə yığmasının üzvüdür. 2017-ci ildə London şəhərində baş tutan Dünya Çempionatında 200 metr məsafəyə qaçış yarışlarında 20.09 saniyə nəticə ilə qızıl medal qazanan Ramil Quliyev dünya çempionu olan birinci Türkiyə idmançısı kimi tarixə düşüb. Ramil Quliyev həm də 2016-cı ildə Amsterdam şəhərində baş tutan Avropa Çempionatında gümüş medala layiq görülüb. O, Azərbaycanı 2008 Pekin Olimpiadasında, Türkiyəni isə 2016 Rio-de-Janeyro Olimpiadasında təmsil edib.

Xəbər lenti
0