CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

UEFA Ronalduya görə sxemini dəyişdi

© REUTERS / MASSIMO PINCAКриштиану Роналду
Криштиану Роналду  - Sputnik Azərbaycan
Abunə olmaq
UEFA Ronaldunu ən yaxşı 11-liyə daxil etmək üçün 4-2-4 sxemindən istifadə edib. Qurum bu ilə qədər 4-3-3 sxeminə uyğun rəmzi komandanı formalaşdırırdı

BAKI, 16 yanvar — Sputnik. UEFA "Yuventus"un futbolçusu Kriştianu Ronaldunu 2019-cu ilin rəmzi komandasına daxil etmək üçün taktiki sxemini dəyişib.

Sputnik Azərbaycan "Daily Mail"ə istinadən xəbər verir ki, portuqaliyalı hücumçu azarkeşlər arasında keçirilən səsvermədə Lionel Messi ("Barselona"), Robert Levandovski ("Bavariya") və Sadio Manedən ("Liverpul") geridə qalıb. UEFA Ronaldunu ən yaxşı 11-liyə daxil etmək üçün 4-2-4 sxemindən istifadə edib. Qurum bu ilə qədər 4-3-3 sxeminə uyğun rəmzi komandanı formalaşdırırdı.

Ehtimal olunur ki, "Çelsi"nin futbolçusu N'Qolo Kante məhz bu səbəbdən heyətə daxil edilməyib.

Qeyd edək ki, ilin rəmzi komandası dünən açıqlanıb.

Xəbər lenti
0