Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Millimizin hücumçusu Vyetnam klubunda

© pixabay / flooyФутболист с мячом, фото из архива
Футболист с мячом, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkənin yüksək liqa təmsilçisi "Nam Din"in heyətinə cəlb etdiyi yeni oyunçular arasında "Proyssen"də çıxış edən Rüfət Dadaşov da var.

BAKI, 26 dekabr — Sputnik. Azərbaycan milli komandasının futbolçusu Rüfət Dadaşov karyerasını Vyetnamda davam etdirəcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Vyetnam mətbuatı məlumat yayıb. Bildirilir ki, ölkənin yüksək liqa təmsilçisi "Nam Din"in heyətinə cəlb etdiyi yeni oyunçular arasında "Proyssen"də çıxış edən Rüfət Dadaşov da var.

"Nam Din" Vyetnam çempionatında başa çatan mövsümü 31 xalla 14 komanda arasında 11-ci sırada tamamlayıb.

Qeyd edək ki, Rüfət Dadaşovun Almaniya klubu ilə müqaviləsinin müddəti 2020-ci ilin yayında başa çatırdı.

 

Xəbər lenti
0