Ümumdünya Antidopinq Agentliyinin (WADA) rəhbəri vəzifəsinə namizəd Vitold Banka

WADA-nın gələcək rəhbəri: Rusiya böyük ehtimalla AVRO-2020-nin oyunlarını keçirə biləcək

13
(Yenilənib 13:20 27.11.2019)
Ümumdünya Antidopinq Agentliyinin (WADA) gələcək rəhbəri Vitold Banka hesab edir ki, Rusiyada futbol üzrə 2020-ci il Avropa çempionatının oyunlarının keçirilməsi ehtimalı olduqca yüksəkdir

BAKI, 27 noyabr — Sputnik. Ümumdünya Antidopinq Agentliyinin (WADA) Uyğunluq üzrə komitəsi bazar ertəsi "Rusiya dopinqi" işi ilə bağlı rusiyalı idmançılara dair tövsiyələrini dərc edib. Sənədə əsasən, yaxın dörd ildə Rusiya bütün beynəlxalq yarışlarda bayraqsız və himnsiz qalacaq, bundan əlavə RF ərazisində keçirilməli olan bütün böyük turnirlərin ev sahibləri dəyişəcək. Söhbət demək olar ki, müasir tariximizdə Rusiya idmanının ən genişmiqyaslı təcridindən gedir. 2020-ci ildə Sankt-Peterburqda futbol üzrə Avropa çempionatının dörd oyunu keçirilməlidir.

"Böyük ehtimalla, Rusiya Avropa birinciliyinin oyunlarını keçirə biləcək", - deyə Banka "RMF" radiostansiyasının efirində bildirib.

"Rusiya dünya çempionatı səviyyəsində heç bir beynəlxalq tədbir təşkil edə bilməyəcək", - deyə dəqiqləşdirən WADA-nın gələcək rəhbəri qeyd edib ki, Avropa çempionatı bu siyahıya daxil deyil.

WADA İcraiyyə Komitəsi yekun qərarı dekabrın 9-da qəbul edəcək.

"Sanksiyalara gəldikdə isə bu barədə qərarı dekabrın 9-u İcraiyyə Komitəsi qəbul edəcək. Rusiyaya qarşı müstəqil qurumun tövsiyələri olduqca sərt və kəskindir", - deyə WADA-nın gələcək rəhbəri bildirib.

13