Həbib Nurməhəmmədov

Nurməhəmmədovun növbəti görüşünün tarixi bəlli olub

23
(Yenilənib 20:15 26.11.2019)
31 yaşlı rusiyalı idmançının amerikalı Toni Ferqyusonla döyüşü 2020-ci il aprelin 18-də baş tutacaq

BAKI, 26 noyabr — Sputnik. Qarışıq döyüş növlərinin (MMA) UFC kateqoriyasında yüngül çəki üzrə kəmər sahibi Həbib Nurməhəmmədovun növbəti görüşünün tarixi bəlli olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, 31 yaşlı rusiyalı idmançının amerikalı Toni Ferqyusonla döyüşü 2020-ci il aprelin 18-də baş tutacaq.

Bu barədə H.Nurməhəmmədovun meneceri Əli Abdeləzizi özünün "Twitter" səhifəsində yazıb.

O, "Qartal Bruklinə eniş edəcəck" kimi paylaşım da qeyd edib.

Nurməhəmmədov ötən ay Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə amerikalı Dastin Puaryeni məğlub edərək ikinci dəfə çempion titulunu qoruyub.

Qeyd edək ki, Nurməhəmmədov indiyədək UFC-də keçirdiyi 28 döyüşün hamısında qalib gəlib. Otuz beş yaşlı Ferqyuson isə 28 döyüşdən 25-də qələbə qazanıb və 3 dəfə uduzub.

23