Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Messi etiraf etdi: "Yalnız Zinəddin Zidan"

© Sputnik / Алексей Филиппов / Mediabanka keçidArgentina-İslandiya, Lionel Messi karyerasının ən uğursuz penaltilərindən birini vurmağa hazırlaşır
Argentina-İslandiya, Lionel Messi karyerasının ən uğursuz penaltilərindən birini vurmağa hazırlaşır - Sputnik Azərbaycan
Abunə olmaq
Adətən onunla forma dəyişməyə can atsalar da, özü yalnız bir dəfə fransalı ulduz Zinəddin Zidana köynəkləri dəyişməyi təklif edib

BAKI, 15 noyabr — Sputnik. "Barselona"nın argentinalı ulduzu Lionel Messi "Kamp-Nou"nun kralı olsa da, meydanda forma dəyişmək üçün "Real Madrid"in ulduzunu axtarıb.

Sputnik Azərbaycan "Dailystar" nəşrinə istinadən xəbər verir ki, bu haqda ulduz futbolçu özü etiraf edib. O bildirib ki, adətən onunla forma dəyişməyə can atsalar da, özü yalnız bir dəfə fransalı ulduz Zinəddin Zidana köynəkləri dəyişməyi təklif edib.

Zinəddin Zidanın karyerasının son illərində Messi Kataloniya klubunda yenicə parlamağa başlayıb.

Qeyd edək ki, bu mövsüm Lionel Messi klub səviyyəsində 11 oyunda 8 qol və 5 məhsuldar ötürmə müəllifi olub. Onun 2004-cü ildən çıxış etdiyi "Barselona" ilə müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub.

Xəbər lenti
0