Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan komandası Kiyevdə kubok aldı

© © Пресс-служба команды "Как по Маслу"Азербайджанская команда "Как по Маслу" первого марта дебютирует на канале Украины "1+1" в юмористическом шоу "Лига Смеха".
Азербайджанская команда Как по Маслу первого марта дебютирует на канале Украины 1+1 в юмористическом шоу Лига Смеха. - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan yumorunda bütövlükdə durğunluq prosesinni müşahidə olunduğu bir şəraitdə "Kak po maslu" komandası ölkəmizdə yumorun inkişafı prosesində sanki bir udum təmiz hava rolu oynayıb

BAKI, 13 noyabr — Sputnik. Azərbaycan komandası "Liqa smexa" mövsümünün ən yaxşı nömrəsinə görə kubok qazanıb. Sputnik Azərbaycan xəbər verir ki, noyabrın 9-da Ukraynanın paytaxtı Kiyevdə "Liqa smexa" Qış Kuboku keçirilib. "Liqa smexa" yarışmasında Azərbaycanı təmsil edən yeganə "Kak po maslu" komandası 2019-cu il "Liqa smexa" mövsümünün "Ən yaxşı səhnəciyi"nə görə kubok alıb. Qeyd edək ki, "Liqa smexa Azerbaycan"ın təşkilati dəstəkçisi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, baş sponsoru "Final Oil"dir.

Bu kubok Azərbaycan yumoru tarixinə düşəcək, çünki o, yumoristik "Liqa smexa" şousunda Azərbaycan komandasının qazandığı ilk kubokdur.

Xatırladaq ki, "Kak po maslu" komandası Azərbaycanı beynəlxalq yumor arenasında təmsil edən yeganə kollektivdir.

Komandanın kapitanı Cavid Şahbazbəyov bu hadisəni şərh edərək deyib: "Bizim komandamız yumor janrında kollektiv iş nümunəsidir. Uşaqların hər biri bu nəticəyə nail olmaq üçün əlindən gələni edib. Azərbaycan yumorunda bütövlükdə durğunluq prosesinin müşahidə olunduğu bir şəraitdə "Kak po maslu" komandası ölkəmizdə yumorun inkişafı prosesində sanki bir udum təmiz hava rolu oynayıb. Beynəlxalq yumor festivallarında, bu cür layihələrdə Azərbaycanı təmsil edən komandaların sayının çox olması bizim üçün xoşdur. Ona görə də bu ildən etibarən Azərbaycanda "Liqa smexa Azerbaycan" fəaliyyət göstərir".

Xəbər lenti
0