Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Şumaxerin qızı italyanları mat qoydu - VİDEO

© AFP 2023 / PATRIK STOLLARZƏfsanəvi pilot Mixael Şumaxerin qızı Cina Şumaxer
Əfsanəvi pilot Mixael Şumaxerin qızı Cina Şumaxer - Sputnik Azərbaycan
Abunə olmaq
Cina arenaya atasına məxsus "Ferrari"nin dəbilqəsi və kombinezonunu geyinib. Atı da eyni cür bəzəyərək örtüyün üzərinə "atın gücü" ifadəsini yazdırıb

BAKI, 12 noyabr — Sputnik. Əfsanəvi pilot Mixael Şumaxerin qızı atasının şərəfinə atla şou təşkil edib. Sputnik Azərbaycan xəbər verir ki, o, "Ferrari"yə məxsus dəbilqə və kombinezon geyinib, atı isə həmin şirkətə məxsus emblemləri özündə əks etdirən örtüklə bəzəyib.

Yəqin ki, bu idman növünün azarkeşləri ən azından "Formula-1" yarışının 7 qat çempionunun oğlu Mik Şumaxer haqqında eşidiblər. O, "Formula-3" yarışından sonra daha çox tanınıb. Öz debüt çıxışında Şumaxer "Formula-1" yarışında ikinciliyə sahib olub.

Mixaelin oğlu ilə yanaşı, Cina adında bir qızı da var. İdmanla aktiv məşğul olsa da, avtoidman növünə heç bir aidiyyatı yoxdur. At sürmə yarışlarında 2 dəfə dünya çemponu olub, bir dəfə isə Avropa kubokunu başı üzərinə qaldırıb.

Ötən gün Cina Verona yarmarkası çərçivəsində növbəti yarışa qatılıb. O, geyimi və atın bəzədilməsinə görə izləyicilərdə böyük təəssürat yaratmağı bacarıb. Cina arenaya atasına məxsus "Ferrari"nin dəbilqəsi və kombinezonunu geyinib. Atı da eyni cür bəzəyərək örtüyün üzərinə "atın gücü" ifadəsini yazdırıb:

"Mən İtaliyada həm də ailəmi təmsil edirdim. Ona görə də "Ferrari" geyimini seçmək məqsədli olub. Bu yarışa hazırlıq çox böyük güc və əmək tələb edirdi. Biz öhdəsindən gələ bildik".

Qeyd edək ki, hakimlərə başqa çıxış yolu qoymayan Cina Şumaxer yarışın qalibi olub.

Xəbər lenti
0