Almaniyanın Frayburq klubunun baş məşqçisi Kristian Ştrayx

Baş məşqçi qələbəni yerdə qeyd etdi - VİDEO

34
(Yenilənib 15:59 12.11.2019)
Frankfurt klubunun futbolçuları Abrahama hücum ediblər. Baş hakim isə bu hərəkətinə görə futbolçuya qırmızı vərəqə göstərib

BAKI, 12 noyabr — Sputnik. Ötən həftə Almaniya Bundesliqasının 11-ci turunda keçirilən "Frayburq" - "Ayntraxt" matçında insident baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, qarşılaşmanın 90+5-ci dəqiqəsində qonaqların kapitanı David Abraham topu oyuna daxil etmək üçün meydançanın kənarına qaçarkən rəqib komandanın baş məşqçisi Kristian Ştrayxı vuraraq yerə yıxıb.

Bundan sonra Frankfurt klubunun futbolçuları Abrahama hücum ediblər. Baş hakim isə bu hərəkətinə görə futbolçuya qırmızı vərəqə göstərib.

Qeyd edək ki, "Şvarltsvard ştadium"da keçirilən oyun 1:0 hesabı ilə ev komandasının xeyrinə bitib.

34
Əlaqədar
Türk futbolçuya hücum edən şəxs 10 il həbs aldı
TEST: Avropa çempionatlarının topları haqda ən maraqlı məlumatlar
"Siçovul ovçuları" meydana yanan şir çıxardılar - VİDEO
Uelslə oyunda "Albasete"nin yarımmüdafiəçisi Azərbaycan millisinə kömək etməyəcək
Noyabr ayında Avropa Çempionatının təsnifat mərhələsindən nəyi gözləmək olar