Futbol meydançası

"Siçovul ovçuları" meydana yanan şir çıxardılar - VİDEO

45
(Yenilənib 19:51 10.11.2019)
Xorxe Luis Hirşinin adını daşıyan meydanda qəflətən tribunaların üzərində tamamilə oddan yaranmış kimi görünən şir peyda olub

BAKI, 10 noyabr — Sputnik. Argentinanın "Estudiantes de la Plata" futbol klubu yeni meydançasının açılışında azarkeşlərə inanılmaz anlar yaşadıb.

Sputnik Azərbaycan Marca-ya istinadən bildirir ki, Xorxe Luis Hirşinin adını daşıyan meydanda qəflətən tribunaların üzərində tamamilə oddan yaranmış kimi görünən şir peyda olub. Nəhəng "odlu" holoqram tribunaların üzəri ilə var-gəl eləməyə başlayıb. Azarkeşlər olanları heyranlıqlar izləyiblər.

Xatırladaq ki, "Estudiantes" klubunun köhnə stadionu 1907-ci ildə tikilmiş, yüz il sonra isə sökülərək yenidən inşa edilməyə başlamışdı. Bu illər ərzində "Siçovul ovçuları" ləqəbli klub Buenos-Ayres əyalətinin hökumətinə məxsus, 53 min azarkeş tutumu olan "Estadio Syudad de la-Plata" meydanında oynayırdı.

45
Əlaqədar
Ronaldunun oğlu atasını kölgədə qoyur
Azərbaycanlı futbolçu komanda yoldaşına söz atdı
TEST: Avropa çempionatlarının topları haqda ən maraqlı məlumatlar
Avropanın futbol çempionatı necə yaranıb
Türk futbolçuya hücum edən şəxs 10 il həbs aldı