Şahmatçı Zeynəb Məmmədyarova, arxiv şəkli

Məmmədyarova: "Ermənistan bu gedişi gözləmirdi, ona görə böyük zərbə aldı"

1822
(Yenilənib 19:01 08.11.2019)
Gənclər və İdman naziri Azad Rəhimovla bu yaxında görüşüm zamanı xahiş etdim ki, dünya və Avropa çempionatlarına göndərilirik, amma beynəlxalq yarışlar da çox önəmli olduğu üçün maliyyə xərclərində köməklik göstərsinlər

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 8 noyabr — Sputnik. Gürcüstanın Batumi şəhərində keçirilən komandalar arasında Avropa çempionatında bürünc medal qazanan qadınlardan ibarət Azərbaycan millisi Vətənə qayıdıb. 26 ildən sonra xanımlarımız Avropada fəxri kürsüyə çıxmağı bacarıblar. Zərif cinsin nümayəndələri son turda Ermənistan komandasını məğlub edərək üçüncülüyə sahib olublar. Komandanın bu nailiyyətində əməyi olan şahmat üzrə beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarova ilə müsahibəni diqqətinizə çatdırırıq.

- Bildiyimiz kimi, 1993-cü ildən indiyə kimi Azərbaycanın şahmat üzrə qadınlardan ibarət milli komandası Avropa çempionatında fəxri pilləyə qalxa bilmirdi. 26 ildən sonra bu nailiyyətin əldə olunmasının sirri nədədir?

- Komanda şəklində qələbə qazanmaq çox çətindir. Fərdi olaraq mən gənclər arasında Dünya çempionu olmuşam, Avropa çempionu olmuşam. Komanda şəklində qələbə üçün gərək bütün komanda üzvləri yaxşı oynasın. 1993-cü ilə dönsək, həmin dövrdə ölkənin adlı-sanlı şahmatçıları olan Aynur xanım, Firuzə xanım ailə qurdular və düzünü desəm, bundan sonra xanımlar üçün çətin olur. Eyni zamanda həmin dövrdə onlar şahmatdan uzaqlaşdılar.

- Belə çıxır ki, indiki komandanın üzvləri subay olduqları üçün nailiyyət əldə olunub?

- İndiki komandada bacım Türkan ailəlidir, 3 övladı var, Gülnar da həmçinin ailəlidir, 1 övladı var. Sadəcə indi stimul daha güclüdür. 1993-cü ildə xanımlarımız şahmatdan o qədər də gəlir əldə edə bilmirdilər. O vaxt federasiya yeni qurulmuşdu, müstəqilliyimiz yeni əldə olunmuşdu. Normal gəlir əldə olunmayanda xanımlar üçün də çətin olur.

Şahmatçı Zeynəb Məmmədyarova
© Sputnik / Murad Orujov
Şahmatçı Zeynəb Məmmədyarova

- Belə çıxır ki, kişi şahmatçıların işi daha ağırdır.

- Kişilərdə ağır olsa da, mükafat onlarda daha böyükdür. Misal üçün Bakıda keçirilən "Open" turnirində kişilərə 5000 manat ödənilirsə, qadınlar üçün bu məbləğ 500 manat müəyyənləşdirilib.

- Şahmata münasibət necədir?

- Hiss olunur ki, valideynlər istəyirlər övladları şahmatla məşğul olsunlar. Bu yaxınlarda məktəblərdən birində oldum. Öyrənmək istəyirdim ki, şahmat oynamağı bacarırlar, ya yox. Mən məktəbdə təhsil aldığım dövrdə sinifimizdə tək mən şahmat oynamağı bacarırdım. Amma indi 20 nəfərlik sinifdə 6-7 nəfər şahmat oynaya bilir. Bu da şahmata olan marağın artdığının göstəricisidir. Sağ olsun ölkə rəhbəri, fərqlənən şəxsləri qiymətləndirir. Nailiyyətlərimə görə mənə Bakıdan 4 otaqlı ev hədiyyə etmişdi. Ona görə də valideynlər övladları üçün şahmatı sənət olaraq görə bilir.

- Bəs, federasiya işi necə qurur?

- Bizim federasiyanın prezidenti Elman Rüstəmovdur. O iştirak etdiyimiz Avropa çempionatında uğur qazanacacağımız təqdirdə mükafatlandıracağını söz vermişdi. Ümumiyyətlə, bu hər il baş verir.

- Hər il söz verir, ya yerinə yetirir?

- Əgər layiqsənsə, yer tutursansa təbii ki, olur. İndiyə qədər kişilər daha çox layiq idilər. Qadınlarda isə ilk dəfə idi ki, nailiyyət əldə olunurdu. Ona görə də verilən söz tutuldu.

- Kişi şahmatçıların reytinq cədvəlinə baxdıqda ilk onluqda iki şahmatçımızın adını görürük. Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov. Gələcək üçün proqnozunuz necədir, bizim xanımlar da ilk onluqda təmsil oluna bilərmi?

- Bizim şahmatçı xanımlarımız karyerasının pik vaxtında ailə qururlar. Ona görə də müəyyən yarışlara getmək problemi olur. Övlad olandan sonra isə şahmat ikinci, üçüncü plana düşür. Düşünürəm ki, dediyim o pik vaxtda, yəni, 10-22 yaş arası xanımlara maddi dəstək olmalıdır. Burada müxtəlif xərclər var. Həmçinin il ərzində 5-6 beynəlxlaq yarışda iştirak etmək lazımdır. Gənclər və İdman naziri Azad Rəhimovla bu yaxında görüşüm zamanı xahiş etdim ki, dünya və Avropa çempionatlarına şahmatçı göndərilir, amma beynəlxalq yarışlar da çox önəmli olduğu üçün maliyyə xərclərində köməklik göstərsinlər. Çünki kommersiya yarışlarında iştirakı maliyyələşdirmək nazirliyin büdcəsinə daxil deyil. Amma nəzərə alaq ki, bütün yarışlar kommersiya tiplidir. Stimul üçün müəyyən məbləğ uduş fondu olur. Sözsüz ki. mükafat olmasa kim gəlib oynayar?

Şahmatçı Zeynəb Məmmədyarova
© Sputnik / Murad Orujov
Şahmatçı Zeynəb Məmmədyarova

- Azad müəllimin cavab nə oldu?

- Söz verdi ki, kommersiya turnirlərində iştirak bizim xərclərə daxil olmasa da, bundan sonra nəzərə alacaqlar.

- Qarşıda sizi yenə yarışma gözləyir.

- Biz "Odlar yurdu" klubu olaraq artıq bir neçə ildir ki, Avropa klublar çempionatında iştirak edirik. Yeri gəlmişkən bizə dəstək olduğu üçün federasiyanın vitse-prezidenti Mahir müəllimə (Məmmədov - red.) təşəkkürümü bildirirəm. Komandamızın heyəti eynidir. Bu dəfəki yarışda bacım Türkanın əvəzinə mən oynayacam. Bu yarışdan da yüksək nəticə gözləyirik. Düzdür, qızlarımız yorğundular. Zarafatla mənə deyirlər ki, biz yorğunuq, əvəzimizdən sən oynayarsan. Yarış isə Monteneqronun Budva şəhərində keçiriləcək. Bir həftə davam edəcək.

- Yeri gəlmişkən bir yarışla digəri arasında nə qədər müddət olmalıdır.

- Rəsmi yarışlar arasında həmişə müddət olur. Sözsüz ki, bir ay olsa daha yaxşıdır. Bu vaxt ərzində etdiyin səhvləri analiz etmək, debütlərdə dəyişiklik etmək üçün imkan olur. Son yarışda erməni komandası ilə görüşdə debüt sürprizi olduğu üçün uğurlu alındı. Yarışda masalarda da dəyişiklik etmək mütləq vacibdir. Misal üçün 8-ci turda Türkan istirahət etmişdi deyə rəqib ermənilər onun çıxış edəcəyini düşünürdülər. Onlar da bizim qədər həyəcanlı idilər. Bilmək istəyirdilər ki, heyətdə kimlər oynayacaq. Biz onları düzgün qiymətləndirmişdik. Onlar bu gedişi gözləmirdilər, ona görə də böyük zərbə aldılar.

Şahmatçı Zeynəb Məmmədyarova
© Sputnik / Murad Orujov
Şahmatçı Zeynəb Məmmədyarova

- Qarşıdakı yarışda kimi daha güclü rəqib hesab edirsiniz?

- Əsasən Rusiya və Gürcüstan komandaları güclü olur. Erməni komandaları ilə psixoloji cəhətdən oynamaq çox çətindir. Son yarışda yarım xal qazana bilməsəydik, 3-cü yeri qazanmayacaqdıq. Ülviyyə sona qədər mübarizə apardı, heç-heçə etdi. Sonda gülən tərəf biz olduq.

- Ustad olaraq gənc şahmatçılara tövsiyəniz nədir?

- Yeniyetmələrdən asılı olan bir şey yoxdur. Əslində, şahmatda qazandığımız uğurlar valideynimizin əməyidir. Məktədə, ali təhsil ocağında oxumağa necə normal baxılırsa, bu müddət ərzində övladdan gəlir umulmursa, eləcə də şahmata da belə yanaşmaq lazımdır. Ev tapşırığına 2-3 saat vaxt ayırdıqları kimi, şahmata da gündəlik bu qədər vaxt sərf etsinlər. Belə olan təqdirdə 10 ilə nəticə əldə etmək olar.

1822
Sənan Şəfizadə

Futbol üzrə Azərbaycan çempionatı bərpa edilə bilərmi Sənan Şəfizadə danışır

3
(Yenilənib 12:11 31.05.2020)
İdman şərhçisi Sənan Şəfizadə deyir ki, Operativ Qərargahın icazəsindən dərhal sonra çempionata başlaya bilmərik
Sənan Şəfizadə: “Ədalətin qorunması üçün çempionat mütləq başa çatdırılmalıdır”

“Hazırda bütün futbol ictimaiyyəti Operativ Qərargahın qərarını gözləyir”. Bunu Sputnik Azərbaycan-a idman şərhçisi Sənan Şəfizadə deyib.

O bildirib ki, qərarda futbolçulara açıq havada məşq etməyə icazənin veriləcəyi təxmin edilir: “Futbolçularımız ev şəraitində məşqçilərin tapşırıqlarını yerinə yetirirlər. Qeyd edim ki, pandemiyadan çıxmaq Azərbaycan Premyer Liqası üçün heç də asan olmayacaq. Operativ Qərargahın icazəsindən dərhal sonra çempionata başlaya bilmərik. İdman prinsiplərinin yerinə yetrilməsi və ədalətin qorunması üçün çempionat mütləq başa çatdırılmalıdır”.

Qeyd edək ki, Premyer Liqa XX, birinci divizion isə XIX turdan sonra dayandırılıb.

Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

3
Əlaqədar
Azərbaycan millisinin yarımmüdafiəçisi Bundesliqanın tövsiyəsini pozdu
Qaydalara riayət etmədi - ağır cəza aldı
Azərbaycan əsilli futbolçuya cəza: öncə ikinci komanda, sonra isə icarə
Fransada yüzlərlə azarkeş polisi çaş-baş qoydu
Avropanın ən dəyərli klubları - Madridlilər ilk pillədə
Real klubunun hücumçusu Karim Benzema və Barselonanın futbolçusu Lionel Messi, arxiv şəkli

Avropanın ən dəyərli klubları - Madridlilər ilk pillədə

8
(Yenilənib 22:03 29.05.2020)
Lideri 3 milyard 342 milyon avro ilə İngiltərənin "Mançester Yunayted" klubu izləyir. Siyahıda ilk iki yer ötənilki kimi qalıb

BAKI, 29 may — Sputnik. Beynəlxalq auditor şirkəti KPMG Avropanın ən bahalı futbol klublarının adlarını açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, auditor şirkəti hesablamanı 2020-ci 1 yanvar tarixinə qədər olan rəsmi rəqəmlərə əsasən aparıb.

Madrid "Real"ı bu baxımdan ən reytinqli klub olub. İspaniya nəhənginin dəyəri 3 milyard 478 milyon avro məbləğində qiymətləndirilib. Onu 3 milyard 342 milyon avro ilə İngiltərənin "Mançester Yunayted" klubu izləyir. Siyahıda ilk iki yer ötənilki kimi qalıb. Üçüncü pillədə isə Kataloniya klubu qərarlaşıb. "Barselona"nın qiyməti 3,193 milyard təşkil edir.

Avropanın ən dəyərli 10 klubu:

1. "Real" (İspaniya) - 3,478 milyard avro

2. "Mançester Yunayted" (İngiltərə) - 3,342 milyard

3. "Barselona" (İspaniya) - 3,193 milyard

4. "Bavariya" (Almaniya) - 2,878 milyard

5. "Liverpul" (İngiltərə) - 2,658 milyard

6. "Mançester Siti" (İngiltərə) - 2,606 milyard

7. "Çelsi" (İngiltərə) - 2,218 milyard

8. "Tottenhem" (İngiltərə) - 2,067 milyard

9. PSJ (Fransa) - 1,911 milyard

10. "Arsenal" (İngiltərə) - 1,852 milyard

8
Əlaqədar
Azərbaycan millisinin yarımmüdafiəçisi Bundesliqanın tövsiyəsini pozdu
Üçüncü türk: Onu "Barselona" ilə bağlayırlar
Azərbaycan əsilli futbolçuya cəza: öncə ikinci komanda, sonra isə icarə
Fransada yüzlərlə azarkeş polisi çaş-baş qoydu
Qaydalara riayət etmədi - ağır cəza aldı
Yay yağışı, arxiv şəkli

İyun da yağışla başlayırsa...

0
(Yenilənib 14:39 31.05.2020)
Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir

BAKI, 31 may — Sputnik. İyunun 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən xəbər verir ki, səhər bəzi yerlərdə duman olacaq, arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 25-29, Bakıda gecə 17-19, gündüz 27-29 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq.

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.

0
Teqlər:
hava proqnozu