Çempionlar Liqası

Çempionlar Liqası: Qrupdan çıxan ilk komanda bəlli ola bilər

20
(Yenilənib 01:51 05.11.2019)
1/8 finala ilk vəsiqənin sahibini bəlli ola bilər. Qrup mərhələsini adlayan ilk komanda olmağa “Napoli” yaxındır

BAKI, 5 noyabr — Sputnik. Bu gün Çempionlar Liqasında II dövrə start götürəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, IV turun ilk günündə E, F, G və H qruplarında oyunlar baş tutacaq.

Bu qarşılaşmalar 1/8 finala ilk vəsiqənin sahibini tapması ilə nəticələnə bilər. Qrup mərhələsini adlayan ilk komanda olmağa “Napoli” yaxındır.

E qrupunda çıxış edən İtaliya klubu bunun üçün Avstriya “Zalsburq”una qalib gəlməli, “Liverpul”un “Genk”ə uduzmamasını gözləməlidir. “Böyük beşlik” təmsilçilərinin ikisi də evdə oynadığından neapolluların mərhələ keçməsi kifayət qədər realdır.

F qrupunda diqqətlər Dortmunda yönələcək. Burada “Borussiya” “İnter”i qəbul edəcək. “Barselona” isə “Slaviya”nı sınağa çəkəcək.

G qrupunda “Zenit” “Leypsiq”i, “Lion” “Benfika”nı qəbul edəcək. “Çelsi” – “Ayaks” görüşü H qrupunun mərkəzi qarşılaşması olacaq. Digər matçda “Valensiya “Lill”lə üz-üzə gələcək.

Çempionlar Liqası
Qrup mərhələsi
IV tur
5 noyabr

E qrupu
00:00. “Liverpul” (İngiltərə) – “Genk” (Belçika)
00:00. “Napoli” (İtaliya) – “Zalsburq” (Avstriya)

F qrupu 
21:55. “Barselona” (İspaniya) - “Slaviya” (Çexiya)
00:00. “Borussiya” (D, Almaniya) - “İnter” (İtaliya)

G qrupu
21:55. “Zenit” (Rusiya) - “Leypsiq” (Almaniya)
00:00. “Lion” (Fransa) – “Benfika” (Portuqaliya)

H qrupu
00:00. “Çelsi” (İngiltərə) – “Ayaks” (Hollandiya)
00:00. “Valensiya” (İspaniya) – “Lill” (Fransa)

20
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

33
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

33
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Qurban Qurbanov, arxiv şəkli

"Qarabağ"dan üzücü xəbər: Qurban Qurbanov koronavirusa yoluxub

23
(Yenilənib 19:16 29.11.2020)
Dünən “Qarabağ”la Ağdama getməyən və bu gün komandanı meydana çıxarmayan 48 yaşlı mütəxəssisin səhhətindəki problem virusla bağlı olub

BAKI, 29 noyabr - Sputnik. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun koronavirusa yoluxması təsdiqlənib.

Sputnik Azərbaycan apasport.az saytına istinadən bildirir ki, bu, Premyer Liqanın XI turunun “Sənail”lə matçından (1:1) sonra açıqlanıb.

Bildirilib ki, dünən “Qarabağ”la Ağdama getməyən və bu gün komandanı meydana çıxarmayan 48 yaşlı mütəxəssisin səhhətindəki problem virusla bağlı olub. Qurbanovun koronavirus testi müsbət nəticə verib.

23
Teqlər:
Qurban Qurbanov, Qarabağ FK, yoluxma, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Azərbaycan hərbçisi, arxiv şəkli

Daha bir müəllim şəhadəti ilə tarix yazdı

0
(Yenilənib 18:31 30.11.2020)
Təzəkənd kənd tam orta məktəbində iki ilə yaxındır gənclərin çağırışaqədərki hazırlıq fənnini tədris edən Əvdil Quliyev Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

BAKI, 30 noyabr — Sputnik. İkinci Qarabağ Müharibəsində qəhrəmanca iştirak edən daha bir müəllim şəhidlik zirvəsinə ucalıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin rəsmi səhifəsində paylaşılıb.

Bildirilib ki, Beyləqan rayonu Ə.Məmmədov adına Təzəkənd kənd tam orta məktəbində iki ilə yaxındır gənclərin çağırışaqədərki hazırlıq fənnini tədris edən Əvdil Quliyev Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi şəhidimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

0
Teqlər:
Beyləqan, şəhid, müəllim, Şuşa, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə