Sabahın kapitanı Ruslan Abışov və komanda yoldaşı Təmkin Xəlilzadə

Azərbaycanlı futbolçu komanda yoldaşına söz atdı

8
(Yenilənib 13:45 05.11.2019)
Hər iki futbolçunun təmsil olunduğu "Sabah" futbol klubu Azərbaycan Premyer Liqasında 10 turdan sonra 10 xal toplayıb.

BAKI, 5 noyabr — Sputnik. "Sabah"ın kapitanı Ruslan Abışov komanda yoldaşı Təmkin Xəlilzadə haqda maraqlı paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, 32 yaşlı müdafiəçi şəxsi "Facebook" səhifəsində klubun forvardı Təmkin Xəlilzadə ilə oyundan olan fotosunu paylaşıb. Milli komandanın müdafiəçisi öz komanda yoldaşına söz ataraq "Təmkin, dur get, yerində yat" fikrini paylaşdığı fotoya əlavə edib.

Qeyd edək ki, hər iki futbolçunun təmsil olunduğu "Sabah" futbol klubu Azərbaycan Premyer Liqasında 10 turdan sonra 10 xal toplayıb. Hazırda "Sabah" 8 komanda arasında 6-cı yerdə qərarlaşıb.

8