Sənan Süleymanov dünya çempionatında gümüş medal qazanıb

Azərbaycanlı idmançı dünya ikincisi oldu - VİDEO

24
(Yenilənib 13:44 04.11.2019)
Mübarizəyə 1/8 finaldan qoşulan Sənan Süleymanov yapon həmkarına elə ilk hissədə qalib gələrək dünya çempionatına inamlı start versə də, noyabrın 3-də İran pəhləvanıyla həlledici qarşılaşmada uduzub

BAKI, 4 noyabr — Sputnik. Sənan Süleymanov dünya çempionatında gümüş medal qazanıb. Sputnik Azərbaycan xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı sona çatıb.

Altıncı yarış günündə son 4 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.

Əsgər Əlizadə debütdə ötən il böyüklər arasında dünya çempionatının finalında 55 kq-da Eldəniz Əzizliyə məğlub olan Qırğızıstan güləşçisi ilə bacarmayıb. Ancaq rəqib finala yüksəldiyi üçün Əlizadə noyabrın 3-də təsəlliverici görüşə çıxıb və yenə məğlub olub.

Namaz Rüstəmov ilk mərhələdə prinsipial görüşə çıxıb. Rusiyanı təmsil edən erməni güləşçiylə qarşılaşma gərgin mübarizə şəraitində keçib. İlk hissə rəqibin 5:0 hesablı üstünlüyü ilə başa çatsa da, həmyerlimiz ikinci hissədə geridönüş etməyi bacararaq sonuncu xal prinsipinə əsasən qələbə qazanıb. Ancaq növbəti görüşdə hesabda öndə olarkən səhvə yol verərək yapon rəqibinə uduzub.

Азербайджанский борец греко-римского стиля Санан Сулейманов потерпел поражение от иранца Мухамедрзы Герайи
Sənan Süleymanov dünya çempionatında

Mübarizəyə 1/8 finaldan qoşulan Sənan Süleymanov yapon həmkarına elə ilk hissədə qalib gələrək dünya çempionatına inamlı start verib. Norveç təmsilçisini də vaxtından əvvəl məyus edən Süleymanov adını yarımfinala yazdırıb. Moldova güləşçisindən də güclü olan Sənan finala vəsiqə qazanıb. Noyabrın 3-də İran pəhləvanıyla həlledici qarşılaşmada uduzan güləşçimiz gümüş medalı boynundan asıb.

Arif Niftullayev ilk görüşdə Finlandiya idmançısına müqavimət göstərə bilməyib. Ancaq rəqib finala yüksəldiyi üçün həmyerlimiz noyabrın 3-də təsəlliverici görüşə çıxmaq hüququ əldə edib və bu görüşdən də məğlub ayrılıb.

24
Oktaqona ümumi baxış, arxiv şəkli

UFC “DQR bayrağına” görə erməni idmançını cəzalandırdı

9
(Yenilənib 15:05 07.08.2020)
Erməni idmançı qaydaları pozduğuna görə cərimələnib, idmançını rinqə çıxmazdan öncə yoxlamalı olan, 20 il təcrübəyə malik əməkdaşını işindən azad edib

BAKI, 7 avqust – Sputnik. Erməni əsilli amerikalı döyüşçü Edmen Şahbazyan UFC-dəki çıxışı zamanı törətdiyi təxribata görə cəzalanıb.

Sputnik Azərbaycan-ın Apasport.az saytına istinadən məlumatına görə, bunu “Glendale fighting club”un rəhbəri Edmond Tarverdyan açıqlayıb.

Şahbazyanın şəxsi məşqçisi və meneceri olan Tarverdyan Ermənistan mətbuatına bildirib ki, avqustun 2-də ABŞ-ın Las-Veqas şəhərində təşkil olunan “UFC Fight Night 173” turniri çərçivəsində keçirilən döyüş zamanı idmançının öz küncündə qondarma "Dağlıq Qarabağ Respublikası"nın “bayrağ”ını asması cəzasız qalmayıb: “Azərbaycan, Türkiyə və bir sıra digər ölkələrin səfirlikləri bizdən şikayət ediblər ki, Edmen Şahbazyan oktaqona Dağlıq Qarabağ Respublikasının bayrağı ilə çıxıb. UFC rəhbərliyi bizi cərimələyib, idmançını rinqə çıxmazdan öncə yoxlamalı olan, 20 il təcrübəyə malik əməkdaşını işindən azad edib”.

Məşqçi səhv etdiklərini boynuna alıb: “Etiraf edim ki, biz səhv etdik. Müqavilənin bəndinə diqqət yetirməmişdik. Bunun cəzasını çəkməyə hazırıq”.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi yarışda erməni əsilli döyüşçünün Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz rejimin “bayrağını” qaldırması ilə bağlı UFC-yə etiraz məktubu ünvanlayıb. Məktubda qanunsuz qurumun Ermənistanın hərbi təcavüzünün nəticəsindən başqa bir şey olmadığı bildirilib və ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə dəstəyinə dair birmənalı mövqeyi UFC rəhbərliyinin diqqətinə çatdırılıb.

9
Roy Cons, arxiv şəkli

Dişləyə bilər. Mayk Taysonun rəqibinin qulaqları sığortalanacaq

14
(Yenilənib 15:36 05.08.2020)
1997-ci ilin iyununda döyüş zamanı Tayson rəqibi Evander Holifildin qulağının bir hissəsini dişləyib qoparıb

BAKI, 5 avqust — Sputnik. Keçmiş mütləq dünya çempionu Roy Consun qulaqları həmvətəni Mayk Taysonla döyüşdən əvvəl sığortalana bilər.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Consun meneceri Colt Barnanın belə bir niyyəti var.

Barnanın fikrincə, "mümkün kazusu" nəzərə almaq lazımdır.

1997-ci ilin iyununda döyüş zamanı Tayson rəqibi Evander Holifildin qulağının bir hissəsini dişləyib qoparıb.

Holifild və Tayson 1996-cı ildən 1997-ci ilə qədər iki döyüş keçiriblər. Hər ikisində Holifild qalib gəlib. O, birinci döyüşün 11-ci raundunda Taysonu nokauta göndərib. İkinci döyüşdə isə rəqibinin qulağını dişlədiyinə görə Tayson diskvalifikasiya olunub.

Bu il iyulun 21-də 54 yaşlı Mayk Tayson 51 yaşlı keçmiş mütləq dünya çempionu Roy Consonla döyüşəcəyini bildirib. Döyüş sentyabrın 12-də Kaliforniyada keçiriləcək. Duelin səkkiz raundlu olması planlaşdırılır.

Tayson xeyriyyə turnirləri üçün peşəkar rinqə qayıtmaq istəyi barədə aprelin sonlarında danışıb. Amerikalı 2005-ci ildən döyüşlərdə olmayıb. Onun hesabına 58 duel var. O, onlardan 50-də qazanıb.

14
Hirkan Milli Parkında ayı

Heyvanları qəfəsdə saxlayan restoran sahibi cəzalanıb

0
(Yenilənib 23:56 07.08.2020)
R.Bağırov onu da qeyd edib ki, aparılan araşdırma zamanı heyvanların vaxtlı-vaxtında qidalandığı, onlara baytar nəzarətinin həyata keçirildiyi və saxlanıldığı yerlərin təmizləndiyi müəyyən olunub.

BAKI, 8 avqust — Sputnik. İsmayıllı rayonu "Günəş Park" restoranında heyvanların qəfəsdə saxlanılması ilə bağlı şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə xidmətin rəis müavini Ramal Bağırov danışıb.

O bildirib ki, aparılan araşdırma zamanı sözügedən istirahət mərkəzində qəfəslərdə saxlanılan zebra, dovşan, dəvə, meymun, maral, tovuzquşu, qırqovul və dəvəquşunun xaricdən gətirilməsinə dair rəsmi təsdiqedici sənədlərinin olduğu, lakin saxlanılması üçün müvafiq icazə sənədinin olmadığı məlum olub.

"Faktla bağlı istirahət mərkəzinin rəhbəri Sərxan İsgəndərov barəsində akt, protokol tərtib olunub və o, 2000 manat məbləğində cərimə edilib.

Zooloji kolleksiyanın yaradılması məqsədilə icazə sənədinin alınması üçün restoran sahibinə icrası məcburi olan "məcburi göstəriş" verilib".

R.Bağırov onu da qeyd edib ki, aparılan araşdırma zamanı heyvanların vaxtlı-vaxtında qidalandığı, onlara baytar nəzarətinin həyata keçirildiyi və saxlanıldığı yerlərin təmizləndiyi müəyyən olunub.

0