Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Lənkəran taekvondoçuları Rusiyada 6 medal qazandılar

© Photo : AZƏRTACTaekvondo yarışları, arxiv şəkli
Taekvondo yarışları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Klub prezidenti, Əməkdar məşqçi Vüqar Sultanovun verdiyi məlumata görə, yarışa qatılan “Lənkəran PİK”-in 7 idmançısından 6-sı medal qazanıb. Onlardan dördü 1-ci, ikisi üçüncü yeri tutub

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 13 oktyabr – Sputnik. 10-13 oktyabr tarixlərində Rusiya Federasiyası Dağıstan Respublikasının Mahaçqala şəhərində “Patriot” Ümum Rusiya Taekvodo üzrə açıq turniri keçirilib.

Rafael Ağayev (-75 kq) Fransanın paytaxtı Parisdə Premyer liqa turnirində - Sputnik Azərbaycan
İDMAN
Azərbaycan karateçiləri “Karate 1” Premyer Liqa turnirinin qalibi olub

Turnirdə Azərbaycandan 9 komanda olmaqla 60-a yaxın taekvondoçu iştirak edib. Onların arasında “Lənkəran Peşəkar İdman Klubu” da olub.

Klub prezidenti, Əməkdar məşqçi Vüqar Sultanovun Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, yarışa qatılan “Lənkəran PİK”-in 7 idmançısından 6-sı medal qazanıb. Onlardan dördü 1-ci, ikisi üçüncü yeri tutub.

© Sputnik / Rahim MuradovLənkəran taekvondoçuları Rusiyada 6 medal qazandılar
Lənkəran taekvondoçuları Rusiyada 6 medal qazandılar - Sputnik Azərbaycan
Lənkəran taekvondoçuları Rusiyada 6 medal qazandılar

1) 45 kq çəki dərəcəsində Tağızadə Əli - 1-ci yer,

2) 48 kq çəki dərəcəsində Babazadə Davud - 1-ci yer,

3) 51 kq çəki dərəcəsində Yusif Qurbanov - 1-ci yer,

4) 61 kq çəki dərəcəsində  İbrahim Əlizadə - 1-ci yer,

5) 45 kq çəki dərəcəsində Fərhad Mehdizadə - 3-cü yer,

6) 48 kq çəki dərəcəsində Əli Hüseynli 3-cü - yer.

© Sputnik / Rahim MuradovLənkəran taekvondoçuları Rusiyada 6 medal qazandılar
Lənkəran taekvondoçuları Rusiyada 6 medal qazandılar - Sputnik Azərbaycan
Lənkəran taekvondoçuları Rusiyada 6 medal qazandılar

Turnirdə iştirak edən Azərbaycan komandaları arasında ən yaxşı nəticəni də “Lənkəran Peşəkar İdman Klubu”nun taekvondoçuları əldə ediblər.

Xəbər lenti
0