SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev gənc dünya çempionumuzu təbrik edib

Abunə olmaq
Aydın Süleymanlı Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlıların yarışında çempion tituluna sahib olub

BAKI, 13 oktyabr – Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev şahmatçı Aydın Süleymanlıya təbrik məktubu ünvanlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, məktubda deyilir:

Шахрияр Мамедъяров - Sputnik Azərbaycan
İDMAN
Dünyanın on şahmat dühasından biri azərbaycanlı oldu

"Əziz Aydın,

Hindistanda oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.

Sən ilk turlardan yarışa liderlik edərək turniri qələbə ilə başa çatdırdın və həmyaşıdların arasında şahmat üzrə dünya çempionu adını qazanaraq şahmat tariximizdə daha bir parlaq səhifə açdın.

Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm".

Qeyd edək ki, Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlıların yarışına ilk turlardan liderlik edən A.Süleymanlı sonuncu turda Qazaxıstan təmsilçisi Sultan Amanzolu məğlubiyyətə uğradaraq çempion tituluna sahib olub.

Xəbər lenti
0